"Futbolçularımı təbrik edirəm. Vacib 3 xal əldə etdik. "Qəbələ"yə uğurlar arzu edirəm".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 7-ci turunda "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, komandanın futbolçusu Kevin Medinanın qırmızı vərəqə aldığı epizodu belə şərh edib: "Deyiləsi çox fikir yoxdur. Mənim gördüyüm odur ki, birinci rəqib tərəfdən zərbə gəldi. Kevin də özünü saxlaya bilməyib cavab zərbəsi vurdu"
Mütəxəssis qırmızı vərəqə alması ilə bağlı deyib: "Bu, məşqçi karyeram ərzində aldığım ikinci qırmızı vərəqədir. "İnter"lə oyunda qırmızı vərəqə görmüşdüm. Onda da oyunçumuzu vurmuşdular.Qarışıqlıq vaxtı futbolçuları sakitləşdirməyə çalışırdım. Lakin kənardan mənim oyunçuma müdaxilə oldu. Mən də emosiyalarımı saxlaya bilmədim. Hakimlə söhbətimiz pis getmədi. Düzdür, emosiyalarımı saxlaya bilmədim Dördüncü hakim yaxşı uşaqdır. Özü də narahat idi ki, ikinci "sarı" verdirdi. Düşünürəm ki, dördüncü hakimlər oyuna çox müdaxilə edirlər".
Q.Qurbanov Ağdam təmsilçisnin 2-ci qolunun müəllifi olan Nəriman Axundzadəyə bundan sonra da güvənib-güvənməyəcəyi ilə bağlı sualı belə cavablandırıb: "Az oynamayıb. Bundan sonra da ona güvənəcəyik. Öz üzərində çox işləməldiir. Potensialı böyükdür. Amma futbol haqda daha çox düşünməlidir.
Onun U-21 millisinə niyə çağırılmadığını deyə bilmərəm. Səhv etmirəmsə, "Qalatasaray"la oyundan əvvəl futbolçularımızın az olması ilə bağlı Samir Əliyevlə danışığımız olmuşdu. Bizə belə fikirlər çatıb ki, məsuliyyətsizliyi var. Amma dəqiq bilmirəm".
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər