«Neftçi»nin həkimi: «Zaur Tağızadənin bir müddət futbol oynaması təhlükəlidir»

XƏBƏR 19 Fevral 2009 / 20:00 2688
-  A +

Milli komandamızın Almaniyada keçirəcəyi təlim-məşq toplanışına dəvət alan “Neftçi”nin oyunçusu Zaur Tağızadə hələ də zədəlidir. Bu barədə Qol.Az saytına “Neftçi»nin həkimi Tofiq Qasımov məlumat verib. Onun sözlərinə görə, Zaur komandanın Türkiyədəki toplanışında bütün oyunlara hazır olub. Amma sonra məşqdə sağ topuğundan xəsarət alıb: «Bununla yanaşı hazırda Zaur Tağızadə soyuqlayıb. Bu səbəbdən  onun bir müddət futbol oynaması təhlükəlidir». O, Zaurun 14-15 gün həkim nəzarətində qalmalı olduğunu söyləyib. 

Son xəbərlər