Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" (Xorvatiya) bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununa çıxıb.
Qol.az xəbər verir ki, Zaqreb təmsilçisi ilk görüşdə 1:2 hesabı ilə uduzduğu AEK-in (Yunanıstan) qonağı olub. Mahir Emrelinin sona qədər ehtiyatda qaldığı görüşdə 2:2 hesablı bərabərlik qeydə alınıb.
Zaqreb təmsilçisi 90 dəqiqə ərzində 2 top fərqi ilə irəlidə olsa da, üstünlüyünü qoruya bilməyib. AEK 90+2 və 90+10-cu dəqiqədə vurduğu qollarla növbəti mərhələyə yüksəlib.
AEK pley-off-da Belçika “Antverpen”i ilə üz-üzə gələcək. "Dinamo" isə Avropa Liqasının pley-offunda "Sparta"ya (Çexiya) rəqib olub.
Xatırladaq ki, bu komandalar arasında ilk görüş avqustun 8-də Yunanıstanda, cavab oyunu isə avqustun 15-də Zaqrebdə olmalı idi. Lakin avqustun 7-də - ilk matçdan əvvəl iki komandanın azarkeşləri arasında qarşıdurma yaşandığı üçün oyun təxirə salınıb. Həmin iğtişaşda AEK-in 22 yaşlı azarkeşi aldığı bıçaq zərbəsindən dünyasını dəyişib. Hadisəyə görə ittiham olunan 105 nəfər saxlanılıb. UEFA hər iki oyunun azarkeşsiz keçirilməsinə qərar verib. UEFA-nın qərarı ilə ilk matç avqustun 15-də Zaqrebdə oynanılıb, cavab görüşü isə bu günə təyin edilib.
19 avqust
Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi, cavab oyunu
22:45 AEK (Yunanıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:2
Qollar: Araxuo 90+2, Vida 90+ 11 – Şutalo 45+2, Lyubiçiç 65
İlk oyun - 2:1.
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi
“Real” Kurtua ilə razılaşdı
"Çelsi"nin keçmiş sahibi vergidən yayınmaqda şübhəli bilinir
300-cü qələbə
“Milan”ın müdafiəçisi ağır zədə aldı
Gündoğan: “Barselona” Avropanın ən yaxşı komandasıdır"
“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”
200-ə çatdı
“Sabah” qalib gəlmək şansımızın ən yüksək olduğu komandadır"
16 yaşlı futbolçu "Real"ın hədəfində
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
İbrahimoviçdən hakimə sərt tənqid: “Oyunu məhv etdi”
Ramil oynadı, komandası qələbə qazandı
“Mançester Yunayted”in Naqelsmann planı
"Milan"ın xal itkisi - Video
2-ci liqada 2 oyun
Zeedorf bu klubun baş məşqçisi oldu
Renatın komandası qələbəni əldən verdi