"Qarabağ"ın rəqibindən yeni transfer

"Qarabağ"ın rəqibindən yeni transfer
XƏBƏR 11 Avqust 2023 / 14:17 3602
-  A +

"Qarabağ"ın Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi HİK heyətinə yeni futbolçu qatıb.

Qol.az klubun Feysbuk hesabına istinadən xəbər verir ki, Finlandiya təmsilçisi Burkino Fasodan olan hücumçu Hassane Bandeni Fransa "Amiens"indən transfer edib. 24 yaşlı forvard ilə 2025-ci ilin iyun ayının sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, dünən "Qarabağ" Bakıdakı ilk oyunda HİK-ə qalib gəlib - 2:1. Bu komandalar arasında cavab matçı avqustun 17-si Finlandiyada olacaq.


Qarabağ FK
Son xəbərlər
22.10.26  11:48

Skaloni razılıq verdi

topaz banner