Əliyar Ağayev Çempionlar Liqası oyununa təyinat aldı

Əliyar Ağayev Çempionlar Liqası oyununa təyinat aldı
XƏBƏR 3 Avqust 2023 / 18:15 4722
-  A +

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinatını alıb.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində avqustun 8-də keçiriləcək "Klaksvik" (Farer adaları) – “Molde” (Norveç) oyununun baş hakimi olacaq.

Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. 4-cü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, Farer adalarındakı "Torsvoellur" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner