"Komandamı təbrik edirəm. Gözəl nəticə oldu. Bu gün daha çox müdafiədə özümüzü göstərdik”.
Qol.az xəbər verir ki, bunu “Rakov”un baş məşqçisi David Şvarqa Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Bakıda “Qarabağ”a qarşı keçirdikləri matçdan (1:1) sonra deyib.
İlk görüşdə qələbə qazandığı üçün (3:2) mərhələ adlayan "Rakov"un 33 yaşlı mütəxəssisi komandasının dözümlü olduğunu bildirib: “Futbolda dözmək və dözümlü olmaq çox vacibdir. Mənim komandam və oyunçularımız çox gözəl oynadı. Həm fiziki, həm mental cəhətdən yaxşı idi. Komandama təşəkkür edirəm”.
O, futbolçularının meydanda uzanaraq vaxt uzatmaları barədə verilən “Gələn mövsüm istirahət üçün BOS-a gəlmək istəyirsiz?” sualını belə cavablandırıb: “Dincəlmək bizə kömək edəcəksə, əlbəttə, niyə də yox?”
“Rakov”un çalışdırıcısı “Qarabağ”a qarşı oynamağın çətinliyi barədə deyib: “Oyunun birinci hissəsində biz özümüzü yaxşı göstərdik. "Qarabağ" cərimə meydançasına daxil olanda da, qapımızı müdafiə edə bildik. Cərimə meydançasındakı vəziyyəti nəzarət altında saxladıq. "Lex" "Qarabağ"dan 5 qol buraxmışdı. Bizdə isə bu cür olmadı”.
Şvarqa "Qarabağ"ı mübarizədən kənarlaşdıran ilk Polşa klubunun baş məşqçisi olmasına belə münasibət bildirib: “Nə vaxtsa, belə olmalıydı, nə vaxtsa Polşa klubu "Qarabağ"ı udmalıydı. Şadam ki, qalib biz olduq. Bu o demək deyil ki, "Qarabağ" zəifdir. Onlar güclü və təcrübəli komandadır”.
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi
“Real” Kurtua ilə razılaşdı
"Çelsi"nin keçmiş sahibi vergidən yayınmaqda şübhəli bilinir
300-cü qələbə
“Milan”ın müdafiəçisi ağır zədə aldı
Gündoğan: “Barselona” Avropanın ən yaxşı komandasıdır"
“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”
200-ə çatdı
“Sabah” qalib gəlmək şansımızın ən yüksək olduğu komandadır"
16 yaşlı futbolçu "Real"ın hədəfində
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
İbrahimoviçdən hakimə sərt tənqid: “Oyunu məhv etdi”
Ramil oynadı, komandası qələbə qazandı
“Mançester Yunayted”in Naqelsmann planı
"Milan"ın xal itkisi - Video
2-ci liqada 2 oyun
Zeedorf bu klubun baş məşqçisi oldu
Renatın komandası qələbəni əldən verdi