Kavaninin yeni klubu açıqlandı

Kavaninin yeni klubu açıqlandı
XƏBƏR 2 Avqust 2023 / 17:20 2159
-  A +

Məşhur uruqvaylı futbolçu Edinson Kavaninin yeni klubunun adına aydınlıq gəlib.

Qol.az xəbər verir ki, son olaraq "Valensiya"nın (İspaniya) formasını geyinən 36 yaşlı hücumçu karyerasını "Boka Xuniors"da (Argentina)  davam etdirəcək. Bu haqda klubun saytı məlumat yayıb. 

Forvard artıq "La Bombonera" stadionunda azarkeşlər qarşısına çıxıb. 

Qeyd edək ki, ötən mövsüm Kavani "Valensiya"nın heyətində 28 matçda 7 qol vurub və 2 qolun ötürməsini verib. O, karyerası ərzində "Danubio", "Palermo", "Napoli", PSJ, "Mançester Yunayted"də oynayıb. Edinson 2008-ci ildən Uruqvay millisinin üzvüdür.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner