Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “Qalatasaray” arasında sponsorluq müqaviləsi imzalanıb.
Qol.az xəbər verir ki, “Ali Sami Yen” İdman Kompleksində keçirilən tədbirdə SOCAR-ın Türkiyə bürosunun baş icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Elçin İbadov, "Qalatsaray"ın prezidenti Dursun Özbek, komandanın futbolçuları Lukas Torreyra, Kerem Aktürkoğlu da iştirak edib.
E.İbadov Türkiyə nəhəngi ilə birlikdə uzun bir yola çıxdıqlarını söyləyib: “Türkiyədə idmana verdiyimiz dəstəyə yeni bir halqa əlavə edirik. “Qalatasaray”dan UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində qələbə ilə yoluna davam etməsini gözləyirik. “Qalatasaray”ın bütün sahələrdə uğurlar qazanacağına, kuboku da burada görəcəyimiz günlərin yaxın olduğuna inanırıq”.
D.Özbek bu razılaşma haqqında danışıb. O deyib: "Avropada böyük hədəflərə doğru irəlilədiyimiz bu yolda SOCAR-ın bizim yanımızda olması çox vacibdir. Bu anlaşmanın hər iki tərəfə böyük qatqısnın olacağına inanıram. Danışıqlarımız "Qarabağ"la zəlzələdən zərərçəkənlər üçün yoxlama matçı keçirdiyimiz vaxt başlamışdı. Qarşıdakı vaxtda Azərbaycanın mərhum prezidenti Heydər Əliyevi anmaq məqsədi ilə "Qarabağ" ilə bir oyun keçirəcəyimizin müjdəsini də vermək istəyirəm. "Qarabağ" Azərbaycan və Türkiyə üçün çox vacibdir. "Qalatasaray" da bu mövzudakı mövqeyini göstərmək üçün "Qarabağ"ı qardaş klub olaraq seçib. İdman mövzusundakı təcrübələrimizi Azərbaycan ilə də paylaşmağımız lazımdır. Tək millət olmağın tələblərindən biri də budur".
Sonda Dursun Özbek Elçin İbadova “Qalatasaray”ın formasını hədiyyə edib.
Qeyd edək ki, SOCAR ilə "Qalatasaray" arasındakı 3 illik sponsorluq sözləşməsinin ümumi dəyəri 15 000 000 avro təşkil edir. Razılığa əsasən, “Qalatasaray” 2023/2024 mövsümündə UEFA-nın bayrağı altında təşkil olunan bütün rəsmi klub turnirlərinin (Çempionlar Liqası, Avropa Liqası ve Konfrans Liqası daxil olmaqla) oyunlarına sinəsində SOCAR yazısı olan forma ilə çıxacaq.
SOCAR, həmçinin, mediada “Qalatasaray Futbol Komandasının Enerji Sponsoru” ifadəsindən istifadə etmək hüququna da sahib olub.
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var