“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Omoniya”ya 2:3 hesabı ilə uduzduqları ilk oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
O, əvvəlcə komandasının çıxışına toxunub.
- Bilirdik ki, bizi ağır oyun gözləyir. “Omoniya” təcrübəli komandadır. Heyətində yaxşı futbolçular var. Biz isə yeni komandayıq. Lakin düşünürəm ki, komandam bu gün istəkli idi və meydanda görmək istədiklərimi verməyə çalışırdı.
- Sanki əvəzetmələri bir qədər gec etdiniz...
- Heyətimiz o qədər də geniş deyil. Ehtiyatda əsasən akademiyanın gənc futbolçuları yer almışdı. Yeni transferlər də hələ tam hazır deyillər.
- Cavab oyunu üçün şansları necə dəyərləndirirsiz?
- Bu matç göstərdi ki. “Omoniya”ya qarşı oynamaq olar. Nə qədər güclü olsalar da, boşluqlar verirlər. Cavab matçında da əlimizdən gələni edəcəyik.
- Uzun müddət sonra “Qəbələ”ni bu gün xeyli sayda azarkeş dəstəkləyirdi...
- Azarkeşlərə təşəkkür edirəm. Bu gün bizə yaxşı dəstək verdilər. Ümid edirəm ki, gələcəkdə də belə olacaq.
- Bu gün uğur qazanmaq üçün nə çatışmadı?
- Oyun keyfiyyəti yaxşı idi. 1:0-dan sonra 2-3 qol şansımız var idi. Onları dəyərləndirsəydik, nəticə fərqli olardı. İndiki məqamda oyunu düzgün analiz edib cavab matçına hazırlaşmalıyıq.
- Hər 3 qolu standart vəziyyətdən buraxdınız...
- Elədir. Amma qapıçımıza inanırıq. Standart vəziyyətlər üzərində işləmişdik. Bezusun fərdi keyfiyyətlərini komandaya çatdırmışdıq. Oyunçunun ustalığını da nəzərə almaq lazımdır.
- 75-ci dəqiqədən sonra oyunda temp düşdü. Sanki hər iki tərəf 2:2-yə razılaşmışdı.
- Bəzən oyun gedə-gedə nəticə tempə təsir edir. Müdafiədə oturmamışdıq. Tempin düşməyi iki komandadan asılıdır. Həm də matçın sonlarında tempin düşməyi normaldır.
- Penalti epizodunu necə şərh edərdiniz?
- Epizoda tam dəqiqliyi ilə baxmamışıq. Lakin deyə bilərəm ki, bizim çempionatda elə penalti vermirlər. Halbuki az sonra oxşar vəziyyət rəqibin qapısı qarşısında da yaşandı. Bununla belə, penalti epizodu üzərində çox dayanmaq istəmirəm.
- Cavab oyunu üçün hansısa planınız var?
- Büdcəmiz imkan versəydi, daha 3-4 futbolçu götürərdik. Lakin bu heyətlə davam edəcəyik. Futbolçularıma inanıram.
- Bu heyət növbəti mövsüm avrokuboklar uğrunda mübarizə aparmaq üçün yetəcək?
- Ümidsiz deyilik. 8-9 futbolçu komandadan gedib. Yeniləri heyətə otuzdurmaq lazımdır. Çempionatda iddiamızdan əl çəkməyəcəyik.
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı