"Rəqib "Qarabağ"ı yaxşı analiz etmişdi. Amma biz də rəqibi yaxşı analiz etmişdik. "Qarabağ" qış fasiləsində "Rakov"a qarşı əməlli-başlı oyun oynamışdı. Onlar da bizi yaxşı tanıyırlar, biz də onları yaxşı tanıyırıq".
Bu sözləri Qol.az saytına açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov deyib. O, "Qarabağ"ın ötən gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda səfərdə "Rakov"a (Polşa) 2:3 hesabı ilə uduzması haqqında danışıb. A.Kərimov qeyd edib ki, "Rakov" görüşün ilk hissəsində oyunu ələ alsa da, "Qarabağ" 2-ci hissədə rəqiblə bərabər səviyyədə çıxış edib:
"Bəxtimiz gətirmədi demək düzgün olmaz. Matçın 1-ci hissəsində "Qarabağ"ın futbolçusu Julio Romao rəqib futbolçunun ayağını tapdadı. Əgər VAR hakimi olsaydı, bu, 100 faiz qırmızı vərəqə ilə nəticələnəcəkdi. Amma baş hakim heç Romaoya sarı vərəqə belə vermədi. Azlıqda qalsaydıq, daha böyük hesabla məğlub ola bilərdik. Təbii ki, çatışmazlıqlar var. Pressinq etməyimiz bir az yaxşı alınmadı. Ümumiyyətlə, "Rakov"la "Qarabağ"ı müqayisə etsək, deyə bilərəm ki, hər iki komanda cinahlarda zəif oynadı. Vurulan qollara da baxsanız, görəcəksiniz ki, cinahlardan qalib ayrılan futbolçu ötürmə edir və qol olur. Aşağı-yuxarı hər iki komanda eyni gücə malikdir. Lakin fərqli stildə oynayan komandalardır. "Rakov" beşli müdafiədə oynayır. "Qarabağ" isə topu özündə saxlamağı sevir. Amma ilk hissədə "Qarabağ" bunun öhdəsindən gələ bilmədi. Rəqib arxada oyun qurarkən pressinq etmək istəyirdik, lakin "Rakov" o pressinqdən çıxırdı. Bəzi hallarda qapıçımız aqressiv ötürmələr edirdi. İlk hissədə "Rakov" bizi üstələmişdi, amma 2-ci hissədə oyunu bərabərləşdirə bildik".
A.Kərimov "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin kobud səhvlər etməsinə və bu səhvlərin qolla nəticələnməsinə də toxunub: "Görünən kəndə bələdçi lazım deyil. Biz onsuz da Şahruddinin hansı səviyyədə oyun nümayiş etdirdiyini bilirik. Bunu azarkeşlər də bilir, futbol mütəxəssisləri də. Şahrudddin tipdə futbolçular oyunların çox hissəsini stabil keçirirlər, bəzi hallarda isə stressli olurlar, səhv edirlər. Manuel Noyer, Mark-Andre ter Ştegen və başqa yüksək səviyyəli qapıçıların digərlərindən fərqi də elə stabil oynamaqlarıdır. Onlar da kifayət qədər qol buraxırlar. Lakin bu qollar öz kobud səhvlərinin nəticəsi deyil.
Bu, psixoloji faktorla bağlıdır. Düşünürəm ki, Şahruddin belə səhvlər edə bilər. Bəzən bunlarla qarşılaşmışıq. Birinci dəfə deyil. Məsələnin üzərində çox dayanmaq mənasızdır. Biz nə qədər danışsaq da, işin gedişatında heç bir dəyişiklik olmayacaq. Düşünmürəm ki, Şahruddin Çempionlar Liqasının qrup mərhələsinə düşmək yolunda bir maneədir. Buna inanmıram. Şahruddinlə də Çempionlar Liqasının qrup mərhələsinə, ən azından pley-offa gedib çatmaq olar. Onun səhvləri ilə də "Rakov"a qalib gəlmək mümkündür".
Mütəxəssis avqustun 2-də Bakıda keçiriləcək cavab oyunu haqda da fikirlərini bölüşüb. O, Ağdam təmsilçisinin qələbə qazanacağına inandığını deyib: "Rakov" cavab matçında - Bakıda 2 ciddi çətinliklə üzləşəcək. Bunlar azarkeş dəstəyi və hava durumudur. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Polşadakı oyunda gödəkçə geyinmişdi. Belə havada fiziki baxımdan daha rahat hərəkət edirsən. Amma Bakıdakı cavab oyununda minimum 30 dərəcə isti olacaq. Fikrimcə, "Rakov"un futbolçuları belə isti havaya alışmayıblar. Bakıda uzaq başı ilk hissədə "Rakov"un böyük təzyiqi ilə üzləşə bilərik. Amma ümumi 90 dəqiqə ərzində biz rəqibi üstələməliyik. 1 top fərqi ilə geridəyik. Amma matçın istənilən dəqiqəsində vurulan 1 qol oyunun taleyini həll edə bilir. "Qarabağ"ın hücum xətti o qədər güclüdür ki. qollar vura bilərik. İlk matçdan öncə bilirdim ki, biz "Qarabağ" olaraq "Rakov"a qol vuracağıq. Sadəcə olaraq müdafiədə konsentrasiyanı pozmamaq lazımdır. Bakıda inanmıram ki, konsentrasiyanı əldən verib qol buraxaq".
Nur Zeynalova
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu
"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi
FİFA bu matçla bağlı araşdırma aparmaqdan imtina etdi
Kovaçiç klubunu dəyişə bilər
Neymardan təqdirəlayiq addım
Növbəti mundiala hazırlaşırdı, istefaya göndərdilər
"Zirə"nin rəqibi bilindi
Braziliya - Yaponiya: Heyətlər
"Qalatasaray" onu hədəfə aldı
AFFA-da yeni təyinat - Şəkillər
DÇ-2026-dakı uğursuzluğa görə ölümlə hədələnir
"Çelsi" Mareska ilə bağlı bəyanat yaydı
"Mançester Siti" yeni baş məşqçisini açıqladı
“Qəbələ”dən mövsümün ilk transferi
"İmişli" Kaşkilya ilə yolları ayırdı
İtaliya klubunun yeni baş məşqçisi açıqlandı
DÇ-2026-darekord tamaşaçı sayı
Fransa millisindən 96 yaşlı azarkeşə Mbappe jesti
FTB DÇ-2026 zamanı 400-dən çox dronu müsadirə edib
Levandovskinin karyerasında yeni mərhələ
“Barselona” Keyn üçün ilk addımı atdı
"Araz-Naxçıvan"ın rəqibləri açıqlandı
Şotlandiya millisinin baş məşqçisi istefa verdi
25 yaşında karyerasını bitirdi - "Zirə"də çalışacaq
DÇ-2026 matçının ictimai yayımı zamanı atışma
Daha bir mövsüm "Araz-Naxçıvan"da - Rəsmi
"Sabah"dan 1-ci liqa klubuna
"Milan"dan ayrıldı, PSJ-yə keçdi
Ramil Şeydayev bu klubla danışıq aparır
Vinisius Messi və Ronaldunun rekordunu təkrarladı
48 komandadan yalnız 2-si qol buraxmadı
“Neftçi” Sloveniyaya 27 futbolçu ilə getdi
DÇ-2026-dakı uğursuzluğa görə istefa verdi
Kanadanı 1/8 finala aparan qələbə - Video
CAR - Kanada matçının ən yaxşısı seçildi
DÇ-2026: ilk 1/8 finalçı müəyyənləşdi
Azərbaycan cüdoçuları Çexiyada 4 medal qazandı
"Qarabağ"ın Avstriya hazırlığı davam edir - Şəkillər