"Sözün düzü, oyun başlayanda rəqib bir az bizi üstələməyi bacarmışdı. Çünki üzərimizə yaxşı təşkil olunmuş hücumlarla gəlirdilər. Amma meydanın mərkəzində Namik Ələskərovun oyununu xüsusi qeyd etmək olar. "Sabah" meydanın mərkəzini ələ ala, rəqibin hücumlarının kəsərini aşağı sala bilirdi".
Bu sözləri Qol.az saytına açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov deyib. O, "Sabah"ın ötən gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda səfərdə RFS-ə (Latviya) 2:0 hesabı ilə qalib gəlməsi haqda danışıb. A.Kərimov Bakı təmsilçisinin debüt matçında qol şanslarından yaxşı yararlandığını qeyd edib:
"Düzdür, RFS də bizim qapımızın qarşısında çoxlu qol vəziyyəti yaratdı. Amma bərabərsəviyyəli iki komanda qarşılaşanda kim daha çox səhv edirsə, o da məğlub olur. "Sabah" minimum şansdan maksimum yararlanmağı bacardı. Cinah ötürməsindən sonra Boyan Letiç qol vura bildi. Amma "Sabah" yenə də müdafiəyə oturmadı. Rəqib üzərimizə böyük qüvvə ilə gəlsə də, əks-hücumların birində "Sabah" yenidən qol vurmağı bacardı. Nəticədə bu çətin görüşdən qələbə ilə ayrıldıq. Əslində matçın gedişatı 2:0-lıq qələbəyə gətirib çıxarmırdı. Rəqib həqiqətən də təşkil olunmuş hücumlar edirdi. Dirəkdən dönən zərbələri var idi. Bizim də dirəkdən dönən 1 topumuz oldu. Amma bütün bunların fonunda onu qeyd etmək lazımdır ki, RFS noyabr ayından indiyədək uduzmurdu. "Sabah" isə tarixində ilk dəfə avrokuboklarda çıxış edirdi. Bu, oyundan əvvəl bizi bir az həyəcanlandırırdı. Amma buna baxmayaraq, "Sabah" işin öhdəsindən gəldi və 2:0 hesablı qələbə qazandı".
A.Kərimov "Sabah"ın cavab oyununda da sərfəli nəticə qazanaraq növbəti mərhələyə adlayacağını vurğulayıb: "Mənə elə gəlir ki, bu 2:0-lıq qalibiyyət bizim üçün cavab oyununda mərhələni 100 faiz keçməyimizə şərait yaradır. Mən əminəm ki, "Sabah" 2 qolluq fərqi əldən verməyəcək. Bu futboldur, belə oyunlarda hər şey ola bilər. Amma düşünürəm ki, sürpriz olmayacaq. İlk matç onu göstərdi ki, "Sabah" təcrübəsiz olsa da, qol vurmaq qabiliyyəti var. Bizim elə futbolçularımız var ki, oyunun taleyini həll edə bilərlər. Ayrı-ayrılıqda kiminsə təcrübəsiz olduğunu demək düzgün deyil. Ümumi komanda şəklində, klub olaraq "Sabah" təcrübəsizdir. Amma yenə deyirəm, "Sabah"ın oyunun taleyini həll edə biləcək futbolçuları var".
Mütəxəssis RFS-in cavab oyununda daha çox irəli atılacağını və belə olan halda "Sabah" üçün qol şanslarının yaranacağını bildirib: "Bizim 2:0-lıq qalibiyyətimiz rəqibi həddindən artıq irəli atılmağa sövq edəcək. Onlar ilk hissədə 1 qol vurmaq məcburiyyətindədirlər ki, daha sonra 1 qol da vurub matçı heç olmasa, bərabərliyə apara bilsinlər. Biz bu boşluqlardan istifadə edə bilməsək, deməli, ümumiyyətlə, Konfrans Liqasnda oynamağa dəyməz. Lakin mən inanıram ki, rəqibin belə açıldığı halda Namik ƏləsKərov, Coy Lens Mikels, Davit Volkov kimi futbolçular vəziyyətdən yararlanacaqlar. Çünki onların həm yaxşı qol duyumu, həm də yaxşı sürəti var. Bu oyunçuların 100 faiz qol şansları olacaq. "Sabah" elə bir komandadır ki, şansların ən azından 1-dən istifadə edə bilməsə də, digərlərində istifadə edəcək. 1 qol vuracağımız halda cütün taleyini həll edə bilərik. Ola bilər ki, cavab görüşünə çıxanda rəqib bizi analiz etsin 2:0 öndədirlər, müdafiəyə oturacaqlar deyə düşünsün. Amma texniki heyətin bir sürpriz etməsi, öz evimizdə də onları öndə sıxıb, dominantlıq etməyimiz də mümkündür. Risk edən tərəf RFS olacaq. Onlar fikirləşməlidrlər ki, biz necə edək, 2 qol vuraq. Üstünlük bizim tərəfimizdədir. Hesab fərqi 1 qolluq olsaydı, nəsə tərəddüdümüz olardı. Çünki 1:0-lıq hesabda rəqibin 90-cı dəqiqədə də vurduğu 1 qol matçı bərabərliyə gətirib çıxarar. 2 topluq fərqi geri qaytarmaq həddindən artıq çətindir. Mən "Sabah"dan qələbə gözləyirəm. Futboldur, ola bilər ki, heç-heçə qeydə alınsın. Amma məğlub olmağımız mümkün deyil. Mərhələni adlayan "Sabah" olacaq. Buna əminəm".
A.Kərimov RFS-in baş məşqçisi Viktor Morozun oyunun nəticənsini ədalətsiz hesab etməsinə də toxunub: "Hər iki komandaya baxsaq, görərik ki, eyni səviyyədədirlər. RFS-in avrokuboklarda oyun təcrübəsi var. Amma komanda şəklində çıxış etmək, futbolçuların səviyyəsi baxımından aşağı-yuxarı eyni gücdə görünürdülər. Belə matçlarda hansı tərəfin konsentrasiyası az olursa, o komanda da uduzur. Qol şanslarına baxsaq, görərik ki, RFS-in kifayət qədər imkanı var idi. Lakin bizim də qol şanslarımız oldu".
A.Kərimov "Sabah"ın avrokuboklardakı debüt oyununda qalib gəlməsinin həm komanda, həm də klub rəhbərliyi üçün xüsusi motivasiya olacağını dilə gətirib: "İstənilən halda biri var ki, ilk görüşdə heç-heçə edib, cavab oyununda qalib gəlib mərhələ keçəsən, biri də var ki, debüt matçında, rəqib meydanında 2:0 hesablı qələbə qazanasan. Bu, həm klub rəhbərliyi, həm də komanda üçün böyük bir motivasiyadır. Yəni, bu, görülən işlərin yanlış olmadığının göstəricisidir, təsadüfən qazanılan qələbə deyil deməkdir. Ona görə də 2:0-lıq qalibiyyət futbolçulara ruh yüksəkliyi verəcək. Üstəlik müdafiənin toxunulmaz qalması müdafiə planında işin öhdəsindən 100 faizlik nəticə ilə gəlmək kimi bir şeydir. Bu baxımından ilk görüşdə belə qələbə "Sabah" üçün uğurdur".
Qeyd edək ki, “Sabah”la RFS arasında cavab oyunu avqustun 3-də Bakıda keçiriləcək.
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır