"Rakov"un baş məşqçisi David Şvarqa Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında "Qarabağ"a qalib gəlməkləri (3:2) haqda danışıb.
Qol.az gol24.pl-ə istinadən xəbər verir ki, o, görüşdən sonra təşkil olunan mətbuat konfransında taktiki baxımdan oyunun onun gözlədiyi kimi keçdiyini deyib: "Matç gözlədiyimiz kimi keçdi. Rəqibin bizim hissədə oynamasının qarşısını almaq üçün xüsusilə yüksək müdafiədə oyun təşkil etməyimiz çox vacib idi. Oyunun çox hissəsində bunu etdik. İlk hissədə müdafiədə çox yaxşı oynadıq. Qol buraxdığımız iki məqamı və rəqibin yaxşı şanslar yaratdığı bir neçə məqamı nəzərə almasaq, ikinci hissə də yaxşı səviyyədə keçdi".
Mütəxəssis futbolçularından razı olduğunu qeyd edib: "İki yaxşı komandanın oynadığı bir çox oyunlarda vəziyyət o yerə gəlir ki, komandalar ancaq müəyyən vaxtlarda üstünlük nümayiş etdirə bilirlər. Ona görə də düşünürəm ki, 70-80-ci dəqiqələr arasında rəqib daha yaxşı oynadı. Xüsusilə ikinci qol zamanı daha yaxşı çıxış edə bilərdik. Futbolçuların oyunundan, qarşılaşmada çətin vəziyyətləri idarə edə bilməklərindən çox razıyam. Biz bu səviyyədə oyunlarda necə davranmalı olduğumuzu bilməliyik".
Şvarqa yeni transferləri, 81-ci dəqiqədə meydana çıxan və matçın son dəqiqələrində uzaq məsafədən vurduğu qolla komandasına qələbə qazandıran Sonni Kittelin debütünə də toxunub: "Mən qumarbaz deyiləm, heç vaxt hər şeyimi ortaya qoyaraq oynamıram. Sadəcə olaraq Kittelin debütü matçın planında idi. Həmin vaxt nəticə bizə sərf etmirdi. Sonni keyfiyyətli futbolçudur. Biz onun meydana çıxaraq qol vəziyyətləri yaradacağına inanırdıq".
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 2-i olacaq və oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb