Azərbaycanın basketbol yığması Avropa çempionatının finalında

Azərbaycanın basketbol yığması Avropa çempionatının finalında
XƏBƏR 27 İyul 2023 / 00:37 1881
-  A +

Kosovonun paytaxtı Priştina şəhərində 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunda millimizin yarımfinal  oyunu keçirilib.

Qol.az xəbər verir ki, yarımfinalda U-16 millimiz Andorra yığmasını 87-64 hesabı ilə darmadağın edərək Avropa çempionatı "C" divizionunun finalına vəsiqə qazanıb.

Finalda millimizin rəqibi Kipr - Kosovo cütünün qalibi olacaq. Bu gün keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00 -da başlayacaq.


Qarabağ FK
Son xəbərlər
22.10.26  11:48

Skaloni razılıq verdi

topaz banner