Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları davam edir.
Qol.az xəbər verir ki, bu gün "Qəbələ"nin növbəti mərhələdəki potensial rəqiblərindən "Midtulland" (Danimarka) "Proqres"i (Lüksemburq) qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 38-ci dəqiqədə Henrik Dalsqard və 60-cı dəqiqədə Sori Kaba vurub.
Bu komandalar arasındakı cavab oyunu bir həftə sonra Lüksemburqda keçiriləcək.
Qeyd edək ki, bu cütün qalibi növbəti raundda "Qəbələ" - "Omoniya" (Kipr) cütünün güclüsü ilə üz-üzə gələcək.
Xatırladaq ki, "Qəbələ" ilə "Omoniya" arasında ilk qarşılaşma iyulun 27-də Qəbələdə, cavab matçı isə bir həftə sonra Kiprdə keçiriləcək.
“Çelsi” onu hədəfə aldı
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər