"Burada olmaqdan şadam. Bu, bizim üçün çox vacib matçdır. Biz yaxşı komanda ilə qarşılaşırıq".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Adrian Mutu Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Jelezniçar"a (Bosniya və Herseqovina) qarşı keçirəcəkləri ilk oyun haqda danışarkən deyib. O, görüşdən əvvəl təşkil olunan mətbuat konfransında bildirib:
"Jelezniçar"ın Minskin "Dinamo"su ilə qarşılaşmalarında gördüm ki, onlar çox çalışqandırlar və bir neçə maraqlı futbolçuları var. Əlbəttə, çətin matç olacaq. Amma vəziyyətdən asılı olmayaraq, qalib gələcəyimizə inanırıq. Bosniya və Herseqovinaya qələbə üçün gəlmişik. Təbii ki, qarşıda bizi çox iş gözləyir. Komandamızın yığcam və balanslı olması üçün daha bir neçə futbolçunun gəlməsini gözləyirik”.
Mutu qeyd edib ki, komandasında təcrübəli oyunçlar çoxdur: "Bizim milli komandalarda çıxış edən və gözəl atmosferdə oynamağı bacaran oyunçularımız var. Bu həm şou üçün, həm də "Jelezniçar"la oyunlar üçün yaxşıdır. "Jelezniçar"a güclü azarkeş dəstəyi olacaq. Bununla belə, qorxmuruq və əlimizdən gələni edəcəyik".
"Neftçi"nin futbolçusu Mateus Saldanya intizamsızlıq səbəbindən klubdan kənarlaşdırılıb və o, Serbiyanın “Partizan” klubuna keçib. Mutu braziliyalı hücumçunun yoxluğunda ön xətdə problem yaşayacaqlarına inanmadığını vurğulayıb: “Saldanya artıq keçmişdə qalıb. Onun haqqında danışmağa ehtiyac yoxdur. Saldanyanın gedişindən sonra komandaya yeni hücumçu cəlb olunacaq. Hazırda danışıqlar gedir. Saldanyanın gedişi komandamıza daha çox motivasiya verməlidir. O olmadan da, oyunlara köklənib, yolumuza davam etməliyik”.
Qeyd edək ki, iyulun 27-də “Qrbavitsa” stadionunda keçiriləcək “Jelezniçar” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı