Tarixində ilk dəfə avrokuboklarda iştirak edəcək “Sabah”ın ev oyununa bilet satışları başlayıb.
Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Sabah” (Azərbaycan) – RFS (Latviya) qarşılaşmasının biletləri bu gün saat 19:00-dan etibarən satışa çıxıb.
“Sabah”ın avrokuboklarda ilk ev oyununu stadiondan canlı izləmək istəyən şəxslər biletləri onlayn şəkildə “iticket.az” saytından, həmçinin “iticket”in satış məntəqələrindən əldə edə bilərlər.
“Iticket” satış məntəqələri: 28 mall, Gənclik mall, Heydər Əliyev sarayı, Azərbaycan kinoteatrının yanındakı kassa, Kontinental marketin yanındakı kassa (Nizami küçəsində), Bakı şəhərində yerləşən 1, 2, 3 və 4 saylı “Asan xidmət” mərkəzləri, həmçinin Sumqayıt şəhərində yerləşən “Asan xidmət” mərkəzi.
Qeyd edək ki, avqustun 3-də,“Bank Respublika Arena”da keçiriləcək “Sabah” – RFS matçı saat 20:00-da başlayacaq.
“Çelsi” onu hədəfə aldı
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər