”Mən və Olena Xarçenko ailəvi məsələlərə görə komandaya ən son qoşulduq. Bununla belə, biz hər gün məşqçilərin təyin etdiyi qrafik üzrə hazırlığımızı davam etdirirdik. Bakıya gələndən sonra bir həftə komandayla məşq etdik, komandanın rejiminə uyğun formamızı yığdıq".
Qol.az xəbər verir ki, bu sözləri Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında Azərbaycanın qadınlardan ibarət voleybol millisinin üzvü Yelizaveta Ruban deyib.
O, komandanın keçdiyi hazırlıq prosesi haqda danışıb: "Hazırda Bosniya və Herseqovinadayıq. Burada yoldaşlıq oyunları keçiririk. Bu oyunlar bizə imkan verəcək ki, komanda olaraq bir-birimizə tam uyğunlaşa bilək. Çünki demək olar ki, bir il biz birlikdə oynamırıq, hərə öz klubunda çıxış edib. Belə oyunların olması vacibdir ki, biz birgə oyunu hiss edək, meydanda bir-birimizlə yaxşı anlaşa bilək. Komandada vəziyyət yaxşıdır. Yeni məşqçimizə alışırıq, onun bizdən, bizimsə ondan nə istədiyimizi anlayırıq".
O, yığmamızın da iştirak edəcəyi voleybol üzrə Avropa çempionatından da danışıb: "Daha sonra Bakıya qayıdacağıq və yenə yoldaşlıq oyunları keçirəcəyik. Avropa çempionatı öncəsi belə hazırlıq oyunlarının çox olması vacibdir. İlkin məqsədimiz qrupdan çıxmaqdır. Hər bir oyunçu nə üçün burada olduğunu yaxşı anlayır, biz tam formamıza düşsək, bu vəzifənin öhdəsindən gələ biləcəyik. Ümid edirəm ki, biz qrupdan çıxacağıq. Avropa çempionatının qalibi kimi isə mən Serbiya və İtaliya komandalarını görürəm".
Hücumçu səhhəti ilə bağlı hər şeyin qaydasında olduğunu qeyd edib: "Səhhətimlə bağlı hər şey yaxşıdır. Şükürlər olsun heç bir zədəm yoxdur. Aktiv şəkildə məşqlərə davam edirəm".
O, sonda azarkeşlərə səslənib: "Bizi dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. Azarkeşlərə demək istəyirəm ki, bizi tək qoymasınlar, dəstəkləməkdə davam etsinlər. Biz yarışda daha yaxşı çıxış etmək, uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, voleybol üzrə Avropa çempionatın avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniyada keçiriləcək. Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq.
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır
Mahir qol vurdu, milli əsgər salamı verdi - Video
Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
“Yuventus”a keçə bilər
“Real” Mbappenin millidə zədələnməsindən narazı qalıb
Litva - Azərbaycan: Heyətlər açıqlandı
41 yaşlı Modriç qol rekordunu yenilədi
Litvada şəhidlərin xatirəsi yad edildi - Şəkillər
Litva - Azərbaycan oyunu bu kanalda
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
“Mançester Siti” rəhbərliyi istefaya gedə bilər
İspaniya millisi 39 oyundur uduzmur
Tuhel: “Bu qədər səhvə yol verməyimizi başa düşmürəm”
İngiltərə uduzdu, Xorvatiyadan qələbə
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”