Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin legioner həyatı yaşayacağı dəqiqləşib.
Ötən mövsümü "Sumqayıt"da keçirən 27 yaşlı vinger karyerasını Albaniyanın "Eqnatiya" klubunda davam etdirəcək. "Sumqayıt" dünən açıqlama yayaraq futbolçusunun "Eqnatiya"da oynayacağını təsdiqləyib.
Qol.az xəbər verir ki, bu komanda son mövsümü 3-cü yerdə başa vurub və Konfrans Liqasında oynamaq hüququ qazanıb. Maraqlıdır ki, Konfrans Liqasında albanlar Ermənistanın "Ararat-Armenia" klubuna rəqib olublar. Bu komandalar KL-in 1-ci təsnifat mərhələsi çərçivəsində üz-üzə gələcəklər. İlk oyun iyulun 13-də İrəvanda, cavab matçı iyulun 20-də Albaniyada olacaq.
V.İsgəndərlinin "Eqnatiya"ya yeni transfer olunduğundan və adaptasiya prosesi keçmədiyindən İrəvandakı matçda iştirak etmək (deməli, həm də ora getmək) ehtimalı çox azdır. Amma o, cavab görüşündə meydana çıxa bilər.
“Çelsi” onu hədəfə aldı
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər