Konfrans Liqasının “Dinamo” (Minks, Belarus) - “Jelezniçar” (Bosniya və Herseqovina) matçının Bakıda keçiriləcəyi rəsmən təsdiq olunub.
Qol.az xəbər verir ki, bu haqda UEFA qərar verib. Qurumun rəsmi saytında açıqlanan afişada oyunun Bakıda, “Qarabağ”ın stadionunda (Azərsun Arena) keçiriləcəyi qeyd edilib. Konfrans Liqasının birinci təsnifat mərhələsinin bu cavab matçı iyulun 20-də keçiriləcək. Oyunun saat 21:00-da başlanacağı qeyd olunub. Matçı Slovakiya Futbol Federasiyasından Mixal Osenaşın rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Bu cütün qalibi KL-in ikinci təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Neftçi”yə rəqib olacaq.
Xatırladaq ki, UEFA Belarus komandalarının (milli və klub səviyyəsində) ev oyunlarını neytral meydanda keçirməsi barədə qərar verib. Buna Belarus hakimiyyətinin Ukrayna müharibəsində Rusiyanı dəstəkləməsi səbəb olub.
“Çelsi” onu hədəfə aldı
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər