Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin "Dinamo" (Minsk, Belarus) - "Jelezniçar" (Bosniya və Herseqovina) oyunu Bakıda keçiriləcək.
Qol.az xəbər verir ki, oyun "Qarabağ"ın ev oyunlarını keçirdiyi "Azərsun Arena"da təşkil olunacaq. Məlumatı Qol.az saytına Ağdam klubundan veriblər. Bununla əlaqədar Belarus tərəfinin müraciətini "Qarabağ" müsbət cavablandırıb. Artıq AFFA da görüşün Bakıda keçirilməsinə razılıq verib.
Qeyd edək ki, UEFA Belarus klublarının avrokubok matçlarını neytral meydanda keçirməsi barədə qərar çıxarıb. Bu səbəbdən Minsk təmsilçisi ev meydanı kimi Bakını seçib.
"Dinamo Minsk" - "Jelezniçar" matçı (cavab görüşü) iyulun 20-də keçiriləcək. Bu cütün qalibi KL-in ikinci təsnifat mərhələsində Azərbaycan təmsilçisi "Neftçi" ilə qarşılaşacaq.
“Çelsi” onu hədəfə aldı
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər