Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərindəki tədbirdə “Qəbələ”nin 2023-2024-cü illər mövsümündəki ilk rəqibi müəyyənləşib. Ardıcıl ikinci mövsüm bu turnirdə mübarizə aparacaq “qırmızı-qaralar” Kiprin “Omoniya” klubu ilə üz-üzə gələcək.
Nikosiya şəhərini təmsil edən komandanın əsası 1948-ci ildə qoyulub. 75 yaşlı klub ev oyunlarını 22 min 859 tamaşaçı tutan “GSP Stadium”da keçirir.
“Omoniya” Kiprin ən titullu klublarından biridir. Nikosiya təmsilçisi 21 dəfə ölkə çempionu olub və 16 dəfə kuboku qazanıb. “Ağ-yaşıllar” Superkuboku rekord sayda – 17 dəfə əldə edib.
“Qəbələ”nin rəqibi Kipr çempionatının yüksək liqasını heç vaxt tərk etməyən üç klubdan biridir. “Omoniya”nın hesabında üç tripl (çempionluq, kubok, Superkubok) və beş dubl (çempionluq, kubok) var. Sonuncu dəfə 2020/21 mövsümündə qızıl medal qazanan “Omoniya” son iki ildə Kipr kubokuna sahib çıxıb.
Komandanın avrokuboklardakı debütü 1965/66 mövsümünə təsadüf edib. Uzun illər nikosiyalılar uğura həsrət qalıb, ən yaxşı halda bir mərhələ adlayıb. Lakin son illərdə “Omoniya” azarkeşlərini Avropada da sevindirməyə nail olub. Son üç ildə komanda iki dəfə Avropa Liqası, bir dəfə Konfrans Liqasında qrup mərhələsinə qədər irəliləyib. Nikosiyalılar Azərbaycan klubları ilə də görüşüb. “Omoniya” iki il əvvəl Konfrans Liqasının qrupunda “Qarabağ”la görüşlərdə bir xal əldə edib – 1:4, 2:2.
2023-cü ilin fevralından Sofronis Avqustinin çalışdırdığı “Omoniya” ötən mövsüm ölkə çempionatında 6-cı yeri tutub. Kubokun finalında isə AEL üzərində 1:0 hesablı qələbə qazanıb.
Xatırladaq ki, “Qəbələ” və “Omoniya” arasında ilk oyun iyulun 27-də Qəbələdə, cavab görüşü avqustun 3-də Kiprdə keçiriləcək.
“Qarabağ” “Sabah”ı təbrik etdi
Püşkatma nə vaxtdır? - “Sabah” üçün 8 rəqib
“Sabah” tarixi qələbə ilə ÇL-in Liqa mərhələsində!
Matç başlayar-başlamaz qapıçı meydandan qovuldu
"Beşiktaş"a keçə bilər
“Yamalın hələ bütün potensialını görməmişik”
İki təklif rədd edildi, üçüncüsü hazırlanır
Ağır zədə aldı, 28 yaşında futbolla vidalaşdı
UEFA ilə FİFA arasında hakimlik gərginliyi
"Sabah" - "Hapoel" matçının heyətləri açıqlandı
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
“Qarabağ” daha 2 futbolçu alır – Razılıq əldə olundu
"Qarabağ"la matça 3 itki ilə çıxacaqlar
"Fənərbaxça" azarkeşlərinin biletləri ləğv olundu
Müller, Hummels və Sommer klub aldılar
“Milan” "Mançester Siti”yə müraciət etdi
"Yuventus"un qapıçısı Premyer Liqa klubunda
“Sabahın Ulduzları”nda 6-cı tura yekun vuruldu
"Fənərbaxça"dan "Barselona"ya keçdi
"Çelsi" Kellimanı satdı
“Sabah” - “Hapoel” oyununu yayımlayacaq kanal
Savinyo “Tottenhem”də
40 yaşlı Hondanın yeni klubu bilindi
“Hapoel"in “Sabah”ı keçmək şansı 60 faizdir" - Roi Kehat
Xabi: "Bu, yalnız başlanğıcdır"
"Sabah"dan Liqa 1-ə? - Fransa klubu onu izləyir
Ozobiçin yeni klubu bilindi - Rəsmi
Kenan Yıldızdan "Yuventus"a şok – 3 ay yoxdur
"Çelsi" mövsümə qələbə ilə başladı - Video
27 ölkədən “Sabah” – “Hapoel” oyununa bilet alınıb
Samuel Eto'o İnfantinonu dəstəklədi
“Traktor”dan ardıcıl üçüncü qələbə
“Latsio” mövsümə 3 xalla başladı - Video
“Karvan-Yevlax”dan növbəti transfer