Bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
Qol.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə "Neftçi", "Qəbələ" və "Sabah"ın rəqibləri bəlli olub. "Neftçi" səpələnmişlər, "Sabah" və "Qəbələ" isə səpələnməmişlər sırasında yer alıb.
KL-də yarışacaq 3 Azərbaycan klubu arasında daha yüksək reytinqə malik "Neftçi" "səpələnmişlər" səpətində yer alıb.
Püşkün nəticəsinə əsasən, "Neftçi" "Jelezniçar" (Bosniya və Herseqovina) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. "Qəbələ" "Omoniya"nın (Kipr), “Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) cütünün qalibi isə "Sabah"ın rəqibi olub.
"Neftçi" və "Sabah" ilk oyununu səfərdə, "Qəbələ" isə evdə keçirəcək.
Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 27-də, cavab görüşləri isə avqustun 3-də olacaq.
“Çelsi” onu hədəfə aldı
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər