Argentina millisinin kapitanı Lionel Messi Çinin paytaxtı Pekin hava limanında saxlanılıb.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, milli komanadanın Avstraliya ilə yoxlama oyunu üçün Pekinə yollanan Messinin pasportunda problem aşkarlanıb.
O, İspaniya pasportu ilə yoxlanışdan keçmək istəyib. Lakin futbolçuya bildirilib ki, İspaniya vətəndaşlarının Çinə gəlişi üçün viza tələb olunur. Dil manesi hava limanında problemi həll etməyi bir qədər çətinləşdirib. Ancaq sonradan "İnter Mayami"nin yeni transferi sürətləndirilmiş viza ala bilib.
Qeyd edək ki, Avstraliya ilə Argentina arasında görüş iyunun 15-də keçiriləcək.
PSJ Dembeleni itirdi
Kimmix ÇL-də 100-ə çatdı
Mbappedən penalti qərarı - Hamısını özü vuracaq
“Mançester Yunayted” bu mövsüm Premyer Liqanı qazanmayacaq"
"Real";n rəhbərliyi Vinisiusun davranışlarından narahatdır