Maneni göndərəcəklər

Maneni göndərəcəklər
XƏBƏR 12 Aprel 2023 / 23:00 5369
-  A +

"Bavariya" futbolçusu Sadio Maneni komanda yoldaşı Leroy Sane ilə münaqişəyə görə klubdan göndərəcək.

Qol.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. 

Seneqallıların Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Mançester Siti”yə uduzduqdan (0:3) sonra paltardəyişmə otağında dava etdikləri məlum olub. Əvvəlcə Mane Sanenin sözlərinə əsəbiləşdiyi üçün onu vurub. Daha sonra tərəflər əlbəyaxa dava ediblər.

Bu məsələyə görə Münhen təmsilçisi Mane ilə yolları ayırmaq qərarına gəlib.

Qeyd edək ki, Mane ötən ildən "Bavariya"da oynayır.


Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner