Nazim Süleymanovun komandası növbəti oyunu keçirdi

Nazim Süleymanovun komandası növbəti oyunu keçirdi
XƏBƏR 8 Aprel 2023 / 16:12 2847
-  A +

Rusiyada əvəzedicilərin çempionatında 2-ci mərhələnin 2-ci turunun oyunları keçirilir.

Qol.az xəbər verir ki, azərbaycanlı mütəxəssis Nazim Süleymanovun baş məşqçisi olduğu "Ximki"nin əvəzedici komandası bu tur Moskva təmsilçisi "Stroqino" ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb.

"Ximki-2" Nazim Süleymanovun bu komandada debüt matçı olan 1-ci turda "Saxalin"lə də heç-heçə (1:1) etmişdi.

Qeyd edək ki, "Ximki"nin əvəzedici komandası mübarizəni ikinci "6-lıq" komandaları arasındakı yarışda davam etdirir. Hazırda Süleymanovun çalışdırdığı kollektiv 2-ci mərhələdə 2 xal toplasaa da, ümumilikdə turnir cədvəlində 22 xalla liderdir.


Son xəbərlər
topaz banner