"Stadionda çox gözəl ab-hava gördüm. Hiss olunur ki, dostluq, qardaşlıq oyununa hazırlaşırıq. Təşkilatçılara təşəkkür edirəm'.
Qol.az xəbər verir ki, bu sözləri 'Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Qalatasaray"la keçirəcəkləri xeyriyyə oyunundan öncə təşkil olunmuş brifinqdə deyib. Mütəxəssis görüşün xoş təəssüratlarla başa çatmasını istədiyini deyib:
"Bilirik ki, Bakıda "Qalatasaray" azarkeşləri çoxdur. Bütün azarkeşlər üçün maraqlı oyun olacaq. Sabah tamaşaçılar üçün yaxşı oyun göstərməyə çalışacağıq. İstəyirik ki, onlar futboldan zövq alsınlar. Bu, çox önəmli matçdır. Ən vacibi odur ki, Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlara dəstək olmaq üçün bu görüş təşkil olunub. Çox istəyirəm ki, görüş xoş təəssüratlarla başa çatsın. Klub, ölkə olaraq Türkiyəyə nə dəstək lazımdırsa, biz etməyə hazırıq. Allah Türkiyə xalqına səbr versin".
"Bizim üçün rotasiyalıq bir şey yoxdur. Oyunçularımızın sayı azdır. Əlimizdə olan futbolçularla oyunu başa vurmağa çalışacağıq. 4 futbolçu dəvət etmişik, keçmiş "Qarabağ"lıları. Qapıçı Anar Nəzirov bizimlə olacaq. Donald Gerye sabiq oyunçumuzdur. Rauf Hüseynli və Nihad Quliyev bizim öz uşaqlarımızdır." - deyə Qurbanov əlavə edib.
Çalışdırıcı heyətə "Sabah"dan futbolçu dəvət etməməsinə toxunub: "Öncə "Sabah"dan futbolçu dəvət etmək istəyirdik. Əvvəl də bildirmişdim ki, son günə kimi gözləyəcəyik, futbolçuların durumuna baxacağıq. Dünən qəti qərar verdim. Murad Musayevin, Ayxan Abbasovun, Elmar Baxşıyevin müsahibələrini oxudum. Sağ olsunlar, hər birinə təşəkkürümü bildirirəm. Dünən Murad Musayevlə söhbətimiz oldu. Dedi ki, neçə oyunçu lazımdırsa, verməyə hazırdırlar. Sadəcə çox oyunçu götürmək istəmədim. Sonda belə qərar verdik və daha çox "Qarabağ"lı olan futbolçuları cəlb etdik".
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq. Görüşün bilet satışından əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlər üçün göndəriləcək.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi