Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu, "Gent"dən Gift Emmanuel Orban olub. 20 yaşlı hücumçu Niderlandın AZ komandasından Yesper Karlsson, Belçika "Anderlext"indən Bart Verbruggen və İngiltərənin "Vest Hem" klubundan Carrod Boueni qabaqlayıb.
Gift "Başakşehir"lə cavab oyununun (4:1) 31, 32 və 34-cü dəqiqələrdə fərqlənməklə 3 dəqiqə 25 saniyəyə het-trik edib. Bu, UEFA-nın bayrağı altında keçirilən klub turnirlərində ən sürətli het-trik kimi qeydə alınıb.
Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində məhz "Gent"ə penaltilərlə uduzaraq mübarizəni dayandırıb. Cavab görüşündəki yeganə qolu da məhz Orban vurub.
“Çelsi” onu hədəfə aldı
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər