"Maraqlı oyun izlədik. İtkilərə baxmayaraq, komandanı motivasiya etmişdik. Əzəli rəqiblə derbidə yaxşı mübarizə aparıb xal götürmək vacib idi. Komandam gözəl mübarizə apardı. Yaxşı oynadıq. Hesab böyük də ola bilərdi, biz də onlar da qalib gələ bilərdi".
Qol.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Misli Premyer Liqasının 27-ci turunda "Neftçi"də ilə keçirilən səfər matçından sonra mətbuat konfransında deyib.
O, 2:2 hesablı bərabərliyi belə şərh edib: "İntizamlı oyunumuz məni daha çox sevindirir. İnkişaf edirik. Qalib gələ bilən komanda kimi formalaşırıq. Oyuna görə futbolçularıma təşəkkür edirəm. Çox xallar itirmişik. Öz səhvlərimizdən də, hakim səhvlərindən də. Oyun göstərdi ki, düz yoldayıq və fasilədən sonra problemləri həll edib, komandanı bir balaca da yuxarı qaldıra bilərik. Azarkeşlərə təşəkkür edirəm. Veteran futbolçulara da həmçinin.
"Neftçi" də böyük klubdur, "Kəpəz" də. Amma "Kəpəz" uzun müddətdən sonra Premyer Liqaya qayıdıb. Yeddinci aydır buradayıq. "Neftçi"dən xal almaq böyük nəticədir. Çünki yeni formalaşırıq. Heç-heçə ədalətli nəticə idi. Hər iki komandanın şansı var idi. Səfərdə qazanılan bir xal düzgün, uğurlu yolumuzda təkan olacaq".
T.Əhmədov qeyd edib ki, əsas məqsədləri Premyer Liqada qalmaqdır: "Ağır qrafikdir. Komandanın buna qədər və bu gün göstərdiyi oyun ümid verir ki, Premyer Liqada qalaq. Qarşıma qoyulan məqsəd liqada yerimizi qorumaqdır. Çalışıram ki, 6-7-ci yerlərdə olaq. Bura gələndə deyirdilər ki, hara gedirsən, orada futbol oynamırlar. Amma futbolçuların oynadığı oyunu görürsüz. Onlara təkliflər var".
Baş məşqçi futbolçularını bugünkü oyuna çox asan motivasiya etdiyini bildirib: "Komanda yenidir, formalaşma prosesi gedir. Stabil oyundan söhbət gedə bilməz. Çalışıram ki, 3-4 oyun stabillik, qələbələr olsun. Möcüzə yaradacaq bir şeyim yoxdur. Hədəfim odur ki, "Kəpəz" liqada qalsın. Kimisə büdrətmək haqda düşünmürəm. Hər rəqibə fərqli hazırlıqla gedirəm. Futbolçuları ən çox motivasiya etdiyim oyun bugünkü idi. Səkkiz dəqiqə matç haqda təlimat vermişəm. Digər görüşlərdə isə 20-25 dəqiqə. Çünki futbolçular nə etməli olduqlarını bilirdilər".
T.Əhmədov "Hansısa komanda Premyer Liqanı tərk etməlidir, yoxsa çempionatda klub sayı artmalıdır" sualını belə cavablandırıb: "İstəyərəm ki, cənub bölgəsindən komandamız olsun, Zaqatalaya böyük futbol qayıtsın, şimaldan da həmçinin. 16 komanda olsun, Premyer Liqada klub sayı artsın. Hər rayonumuzda həyata baxış fərqlidir. "Şəmkir" tarixində ilk dəfə ÇL-də mərhələ keçib. Amma bu gün yada salınmır. "Simurq" pley-offda olub, indi yoxdur. "Xəzər Lənkəran", "Bakı" yoxdur. Onları qaytarsaq, hərəsindən 1-2 futbolçu çıxarsaq, kənardan milliləşdirilmiş oyunçu gətirmərik. Hər halda qərarı AFFA İcriaiyyə Komitəsi verir. Artırılsa, daha yaxşı olar".
Cəlal Hüseynovun komandası qalib gəldi
17 illik "Çelsi" karyerası başa çatdı
Azarkeşlər Superkubok matçını boykot edəcək
"Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
"Barselona"nı tərk edə bilər
"Qarabağ" cavab matçına hazırlaşır - Şəkillər
"Çempionata hazır deyilik, narahatam"
Elvin Cəfərquliyevin durumu bəlli oldu
Mareska özü seçim edəcək
Salto ilə aut atdı, qələbə qolunu vurdular - Video
"Yeni evinə xoş gəlmisən" - Video
2 dəqiqəyə dubl etdi, "Mançester Siti" qalib gəldi
Yeni klubu “Turan Tovuz” oldu
"Arsenal" "Tottenhem"in kapitanına göz dikdi
Neymar Messi ilə komanda yoldaşı ola bilər
"Atletiko"dan "River Pleyt"ə - Rəsmi
Maldininin oğlu icarəyə göndərildi
"Real" "Ferentsvaroş"la qüvvəsini sınadı - Video
Azərbaycan millisindən iki qələbə
1-ci liqa klubu 4 legioner transfer etdi
PSJ yapon qapıçı transfer edir
Okan Buruk bu hərəkətinə görə qırmızı vərəqə aldı - Video
"Turan Tovuz"dan getdi, "Rusenborq"a keçdi
"Roma" Pelleqrini ilə müqaviləni uzatdı
“Qarabağ” bizi bir qədər bağışladı” - Millinin sabiq üzvü
Serxi Roberto MLS klubunda
"Barselona" "Nottingem Forest"ə qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Asiya Çempionlar Liqasının yarımfinalına yüksəldilər
"Biz bir oyun planına bağlı deyilik" - Xabi Alonso
Nuriyev oynadı, komandası məğlub oldu
PSJ "Mançester Yunayted"lə heç-heçəyə razılaşdı
"Tottenhem"dən gedir
"Neftçi" 1-ci liqa klubu ilə qarşılaşdı
"Onlarda məsuliyyət hissi çatışmır"
Millini yenidən çalışdıra bilər
Messinin doğma klubu atasının xatirəsini yad etdi
"Şəmkir"də yeni təyinat
Salah gələr-gəlməz "Trabzonspor"da rekord
"Çelsi" "Milan"a böyük hesabla qalib gəldi
"Yuventus" "İnter"lə bacarmadı
Millinin futbolçusu sıradan çıxdı
"Fənərbaxça" Lukaku ilə razılığa gəldi
Ferran Torres PSJ-də
Bruno Gimaraeş rəsmən "Arsenal"da