Bu gün Avropa "Gent"in hücumçusu Gift Emmanuel Orbandan daha çox danışır.
Səbəbsiz də deyil. Axı, Belçika klubunun hücumçusu avrokuboklarda yeni rekorda imza atıb.
20 yaşlı nigeriyalı dünən Konfrans Liqasının 1/8 final mərhələsinin "Başakşehir"lə İstanbuldakı cavab oyununda (4:1) 3 qolun müəllifi olub. O, 31, 32 və 34-cü dəqiqələrdə fərqlənməklə cəmi 3 dəqiqə 25 saniyəyə het-trik edib. Bu, UEFA-nın bayrağı altında keçirilən klub turnirlərində ən sürətli het-trikdir. Əvvəlki rekord isə Məhəmməd Salaha ("Liverpul") məxsus idi - 6 dəqiqə 12 saniyə. Bu qollar "Gent"i həm də Konfrans Liqasının 1/4 finalına yüksəldib.

Orban "Gent"də çox qısa müddətə parlamağı bacardı. Halbuki o, bu kluba transfer ediləndə bəlkə də heç özü də bunu gözləmirdi. 1,78 metr boya malik bu nigeriyalı Belçika təmsilçisinin yeni legioneridir. O, bu qış transfer pəncərəsinin son günündə indiki klubu ilə müqavilə imzalayıb. "Gent" fevralın 1-də transferi ictimaiyyətə elan edib. Yəni cəmi bir ay yarımdır ki, o, Belçika klubunun üzvüdür.
Onun Avropa karyerası 2022-ci ilin mayında başlayıb. O vaxta qədər Nigeriyada "Bison" klubunda çıxış edən Orban icarə qaydasında Norveçin yüksək liqası təmsilçisi "Stabek"ə keçib, avqustda isə birdəfəlik transfer olunub. "Stabek"də 2020-ci ilin 7 ayı ərzində keçirdiyi ümumilikdə 24 matçda 19 qol vurub, 7 qolun isə ötürməsini edib.
Debüt ili və bu yaş üçün yüksək göstərici sayıla bilər.

Orban və Luka Quqeşaşvili ("Qarabağ")
Bakıdan başlanan debüt...
Sonra o, "Gent"ə keçib. Müqavilə imzaladıqdan 10 gün sonra - fevralın 11-də "Vesterlo" ilə matçda Orban Belçika liqasında debüt edib, elə 3:3 hesabı ilə yekunlaşan bu ilk görüşündəcə 2 qolun müəllifi olub. Giftin avrokuboklarda debüt oyunu isə Bakıda "Qarabağ"a qarşı olub. Ağdam təmsilçisi ilə Belçikadakı cavab matçında isə Orban Avropa kuboklarında ilk qolunu vurub və komandasının 1/8 finala çıxmasında böyük əməyi olub. 71-ci dəqiqədə meydana daxil olan Orban cəmi 3 dəqiqə sonra rəqib qapısına yol tapıb. Bu qol sayəsində matç penaltilər seriyasına qədər uzanıb. Burda isə belçikalılar zərbələri dəqiq yerinə yetirməklə mərhələ adlayıb.
Orbanın "Gent"dəki ümumi statistikası da parlaq görünür. O, 9 oyunda düz 12 qolun müəllifi olub (5 oyuna 7 qol Belçika liqasında, 4 oyuna 5 qol Konfrans Liqasında).
Nigeriya vətəndaşlığı olan Orban hələlik ölkəsinin əsas millisinə dəvət almayıb. Amma Avropadakı bu uğurlu çıxışından sonra onu tezliklə ölkəsinin birnömrəli komandasında da görmək olacaq. Hərçənd bu gedişlə gələcəkdə Orbanın müsbət sorağı həm də Avropanın böyük klublarından da gələ bilər...
Elnur, Qol.az
Rafael Fiziyevdən möhtəşəm qələbə - UFC Fight Night turniri
"Arsenal" onu hədəfə aldı
“Şamaxı”nın rəqibi bilindi
"Avrokuboklar üçün hər şey edəcəyik" - "Qarabağ"ın oyunçusu
Türkiyə futbol rəhbərliyində Mesut Özil dövrü başlayır?
Kanadanın pley-offda işləri çətinləşir
O da mundialda fərqlənməyi bacardı
"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik
"Zirə" Özbəkistan klubuna məğlub oldu
“Neftçi” yeni formasını təqdim etdi - Şəkillər
Çempionlar Liqası oyunlarını ölkədən kənara köçürürlər
Musleradan gözlənilməz antirekord
“Şəfa”da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Zədəsi transferinə mane ola bilər
68 ildən sonra ən məhsuldar mundial
Tahir Abdullayev UFC-də ilk qələbəsini qazandı
“Səbail”dən yeni transfer
"Ev sahibi bizə qarşı qərəzli davranır"
Hidayət Heydərov bürünc, Zelim Tçkayev qızıl medal qazandı
PSJ-nin yeni formaları - Şəkillər
Dünən “Qarabağ”da, bu gün “Polesye”də - Şəkillər
Millinin futbolçusunu ağır cəza gözləyir
DÇ-2026 matçından sonra atışma: Dörd nəfər yaralandı
Byelsa jurnalistin üstünə qışqırdı - Video
Het-trik etdiyi oyunun topunu özü ilə apardı - Şəkil
Leandro Andrade “Qarabağ”dan ayrıldı - Bu kluba keçdi
Muslera üzr istədi
Portuqaliya millisindən duyğusal jest - Video
İngiltərə millisində itki: Ən az iki oyunu buraxacaq
DÇ-2026: Bombardirlik yarışında vəziyyət gərginləşir
Misir - İran oyununun ən yaxşısı seçildi
Dembelenin het-triki - Video
Mundialın 1/16 finalının müəyyənləşən - 9 cütlüyü
Bugünkü oyunların nəticələri - DÇ-2026
Byelsa: “Uruqvay futboluna heç nə qoyub getmədim”
Het-trik etdi, oyunun ən yaxşısı seçildi
DÇ-2026-da 1/16 finalın 5 cütü məlumdur
Fransadan ardıcıl üçüncü qələbə, Seneqaldan darmadağın
Dembeledən son 72 ilin ən sürətli het-triki
"Real"da ayrılıq - Rəsmi
"Neftçi" slovakiyalı hücumçu transfer etdi
Azərbaycanın iki şahmatçısı dünya çempionu oldu