Belçika "Gent"inin baş məşqçisi Heyn Vanhazebruk Konfrans Liqasının 1/8 finalında "Başakşehir"lə oyun öncəsi fikirlərini bildirib.
Qol.az xəbər verir ki, o, turnirin pley-off mərhələsində qarşılaşdıqları "Qarabağ"da haqda da danışıb: "Biz "Qarabağ"ı mübarizədən kənarlaşdırdıq. "Başakşehir" bu mövsüm qarşılaşdığımız ən yaxşı komanda ola bilər, amma "Qarabağ"ı da qiymətləndirməliyik. Onlar Çempionlar Liqasının ilkin mərhələsində üç çempionu turnirdən kənarlaşdırdılar. Əslində onlar Avropa Liqasının qrup mərhələsini 2-ci pillədə bitirməyə layiq idilər. Ancaq "Frayburq"la görüşdə üstünlüklərini əldən verdilər. "Qarabağ"a qalib gələ bilirsənsə, fəxr etməlisən".
Xatırladaq ki, komandalar arasında Bakıda keçirilən ilk oyun "Qarabağ"ın, Gentdəki cavab matçının əsas və əlavə vaxtı isə "Gent"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Penaltilər seriyasında "Gent" üstün (5:3) olub.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
“Çelsi” onu hədəfə aldı
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər