Tural Piriyev: "İndi eyni layihəni "Kəpəz" üçün həyata keçiririk"

Tural Piriyev: "İndi eyni layihəni "Kəpəz" üçün həyata keçiririk"
XƏBƏR 7 Mart 2023 / 11:09 1583
-  A +

"Azərbaycanda futbola maliyyə ayıran iş adamları müəyyən vergi imtiyazları əldə edirlər". 

Qol.az xəbər verir ki, bu barədə Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev AFFA-nın Konfransında çıxışı zamanı deyib. 

Həmçinin oxuyun: "Bu faktı irəliyə atılmış addım kimi görürük" - Sərxan Hacıyev

O, klublara sponsor tapılması yönündə fəaliyyəti davam etdirdiklərini bildirib: 

"Hazırda baxışlar dəyişib. İndi sponsorlar üçün təkcə formada ad yazılması, yaxud stadionda bannerlərin yerləşdirilməsində maraqlı deyillər. Onları cəlb etmək üçün yeni təkliflər irəli sürmək lazımdır. Bildiyiniz kimi, "Turan Tovuz"a artıq sponsor tapılıb. Komandaya 100K layihəsi çərçivəsində avtobus da alındı. İndi eyni layihəni "Kəpəz" üçün həyata keçiririk".

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner