İki cüdoçumuz uduzdu - Böyük Dəbilqə

İki cüdoçumuz uduzdu - Böyük Dəbilqə
CÜDO 4 Mart 2023 / 17:11 1377
-  A +

Bu gün Azərbaycanın daha iki cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Böyük Dəbilqə turnirində mübarizəyə başlayıb.

Qol.az xəbər verir ki, 73 kq çəkidə çıxış edən Nəriman Mirzəyev 1/16 final mərhələsində tacikistanlı Bahruzi Xocazoda ilə üz-üzə gəlib və rəqibinə uduzub.

Eyni çəkidəki Rəşid Məmmədəliyev özbəkistanlı idmançı Şaxram Ahadova məğlub olub.

Qeyd edək ki, daha əvvəl 60 kq-dakı Əhməd Yusifov bürünc medal qazanıb.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
22.06.26  12:51

"İmişli"də ayrılıq

topaz banner