"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində Belçikada "Gent"ə uduzaraq (0:1, penaltilər seriyası - 3:5, ilk oyun - 1:0) mübarizəni dayandırdıqları matç barədə danışıb.
Qol.az xəbər verir ki, mütəxəssis görüşdən sonra "CBC Sport"a açıqlamasında uduzmaqlarına baxmayaraq, komandanın oyunundan razı qaldığını deyib:
"Çox üzgünük. Bakıdakı oyundan sonra da komandada inam, istək var idi. Çox istəyirdik ki, azarkeşlərimizi yaxşı oyun və qalibiyyətlə sevindirək. Amma futbolçular meydanda 120 dəqiqə yaxşı və ağıllı mübarizə apardılar. Sadəcə olaraq qol epizodunda kiçik bir diqqətsizlik oldu. Bu, futbolun silinməyən qanunlarından biridir. Futbolçularıma da dedim ki, həmişə onların yanındayam. Belə oyunlar ancaq bizi böyüdür, inam verir. Əgər belə vacib oyunda futbolçular meydanda 120 dəqiqə dözürlərsə, biz səfərdə rəqibdən çəkinməyərək onların üzərinə gediriksə, bu, məni ancaq sevindirir".
Çalışdırıcı komandaya dəstək olduqlarına görə azarkeşlərə təşəkkür edib: "Futbolçularımı təbrik edirəm. Təəssüf ki, azarkeşlərimizi sevindirə bilmədik. Əvvəldən məlumat var idi ki, Bakıda nə cür hazırlıq gedir, azarkeşlə oyunu necə gözləyirlər. Buraya çoxlu azarkeş gəlmişdi. Demək olar ki, bir sektor dolu idi. Azarkeşlər sonadək bizimlə oldular. Onlara təşəkkür edirəm. Əlbəttə ki, futbolçular belə dəstəyə layiqdirlər. Azarkeşlərimiz isə daha böyük qələbəyə layiqdirlər. Çalışacağıq ki, onları sevindirək.
Qurbanov qeyd edib ki, heyətdəki bəzi problemlər səbəbindən oyunda çatışmazlıqlar olub: "Bəlkə də növbəti mərhələyə keçmək bəxti amili çatmadı. Bilirsiniz, mən elə yanvar ayından indiyədək fikirlərimi bildirirdim ki, bizə bir az ayaqüstə durmaq üçün vaxt lazımdır. Zədələlilərimiz də var idi. Futbolçuların hazırlığı daha yaxşı səviyyədə olsaydı, daha yaxşı nəticə əldə edə bilərdik. Xırda detallar bizə mane oldu.Yenə də əlimizdən gələni etməyə çalışdıq. Geriyə yol yoxdur, daha da irəli getmək istəyirik".
Mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında isə bunları söyləyib: "Əlbəttə ki, çox üzgünük. Daha çox futbolçularım üzüldülər. Bu oyunda qalib gəlmək üçün çox istəkli idilər. Meydanda 120 dəqiqə amansız mübarizə apardılar. Hər birinə təşəkkür edirəm. Bura xeyli sayda azarkeşimiz gəlmişdi. Onlar bizə inanaraq, güvənərək burada idilər. Əfsuslar olsun ki, penaltilər seriyasında uduzduq. Amma geriyə yolumuz yoxdur, irəliyə baxacağıq. Daha yaxşı komanda formalaşdırmağa, komandanın idman formasını daha da yaxşılaşdırmağa çalışdıracağıq".
O, futbolçulara müdafiədə oturmaq tapşırığı vermədiyini vurğulayıb: " Ümumiyyətlə, son zamanlar bunun üzərinə çox düşmüşəm ki, istənilən hesabda biz müdafiədə oturmağı düşünmürük. Sadəcə 90 dəqiqə eyni tempi, eyni oyunu göstərə bilmərik. Çünki qarşımızda ciddi rəqib var və istər-istəməz bəzən onlar bizi müdafiədə oturmağa məcbur edir. Ancaq buraxılan qoldan sonra yenə daha çox irəliyə atılmağa başladıq. Bizim komandada son vaxtlar rəqibdən asılı olmayaraq, müdafiədə oturmaq kimi anlayış yoxdur".
Rafael Fiziyevdən möhtəşəm qələbə - UFC Fight Night turniri
"Arsenal" onu hədəfə aldı
“Şamaxı”nın rəqibi bilindi
"Avrokuboklar üçün hər şey edəcəyik" - "Qarabağ"ın oyunçusu
Türkiyə futbol rəhbərliyində Mesut Özil dövrü başlayır?
Kanadanın pley-offda işləri çətinləşir
O da mundialda fərqlənməyi bacardı
"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik
"Zirə" Özbəkistan klubuna məğlub oldu
“Neftçi” yeni formasını təqdim etdi - Şəkillər
Çempionlar Liqası oyunlarını ölkədən kənara köçürürlər
Musleradan gözlənilməz antirekord
“Şəfa”da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Zədəsi transferinə mane ola bilər
68 ildən sonra ən məhsuldar mundial
Tahir Abdullayev UFC-də ilk qələbəsini qazandı
“Səbail”dən yeni transfer
"Ev sahibi bizə qarşı qərəzli davranır"
Hidayət Heydərov bürünc, Zelim Tçkayev qızıl medal qazandı
PSJ-nin yeni formaları - Şəkillər
Dünən “Qarabağ”da, bu gün “Polesye”də - Şəkillər
Millinin futbolçusunu ağır cəza gözləyir
DÇ-2026 matçından sonra atışma: Dörd nəfər yaralandı
Byelsa jurnalistin üstünə qışqırdı - Video
Het-trik etdiyi oyunun topunu özü ilə apardı - Şəkil
Leandro Andrade “Qarabağ”dan ayrıldı - Bu kluba keçdi
Muslera üzr istədi
Portuqaliya millisindən duyğusal jest - Video
İngiltərə millisində itki: Ən az iki oyunu buraxacaq
DÇ-2026: Bombardirlik yarışında vəziyyət gərginləşir
Misir - İran oyununun ən yaxşısı seçildi
Dembelenin het-triki - Video
Mundialın 1/16 finalının müəyyənləşən - 9 cütlüyü
Bugünkü oyunların nəticələri - DÇ-2026
Byelsa: “Uruqvay futboluna heç nə qoyub getmədim”
Het-trik etdi, oyunun ən yaxşısı seçildi
DÇ-2026-da 1/16 finalın 5 cütü məlumdur
Fransadan ardıcıl üçüncü qələbə, Seneqaldan darmadağın
Dembeledən son 72 ilin ən sürətli het-triki
"Real"da ayrılıq - Rəsmi
"Neftçi" slovakiyalı hücumçu transfer etdi
Azərbaycanın iki şahmatçısı dünya çempionu oldu