"Oyuna ciddi hazırlaşırıq. Sabah növbəti mərhələyə vəsiqənin taleyi həll olunacaq. İlk matçdan sonra rəqibin gücünə daha yaxından bələd olduq. Çox möhkəm komandaya qarşı oynayırıq. Futbolçularım matça hazırdırlar. Yaxşı oyun göstərmək istəyirik".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində "Gent"lə cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
O, Marko Yankoviçin zədələnməsi ilə bağlı söyləyib: "Marko Yankoviç son vaxtlar çox yaxşı formada idi. Onun zədələnməsinə çox üzüldüm. İkinci dəfədir performansı yaxşılaşanda belə zədə alır.Futbolçularımın sağlam olması mənə əlavə güc, düşüncə verir. Buraya gələn digər oyunçularımız nə etməli olduqlarını bilirlər. Amma bizim bir-birini əvəzləyə biləcək futbolçularımız var. Bu dəfə meydana çıxan futbolçulardan fərqli şeylər tələb edə bilərik".
Mütəxəssis hələlik komandada istədiyi dinamikanı görmədiyini vurğulayıb: "Amma oyundan oyuna irəliləyiş hiss edirəm. Futbolçulara hansı motivasiyanı verdiyimizi burda deyə bilməyəcəyəm. Bəziləri ilə dost kimi, bəziləri ilə müəllim kimi danışırıq. Niyə deyirəm ki, futbolçularıma güvənirəm, inanıram? Çünki, mənim sözlərimə böyük məsuliyyətlə yanaşırlar. Bəzən bəlkə onlarda texniki cəhətdən nəsə alınmır. Amma ümumən onların məsuliyyətli yanaşması məni də belə oyunlardan əvvəl rahatlaşdırır".
Q.Qurbanov daha sonra deyib: "Rəqib baş məşqçiyə "Qarabağ" haqda dediyi xoş sözlərə görə təşəkkür edirəm. Mən də Bakıda öz fikirlərimdə bildirmişdim ki, bu məşqçiyə, bu komandaya qarşı oynamaq çox xoşdur. Çünki, bu komandanın özünə xas olan fəlsəfəsi var. Futbolda fərqli sistemlər mümkündür. Sadəcə icraçıların onu meydanda nə dərəcədə yerinə yetirməsi önəmlidir. Təhlil edəndə görürük ki, "Gent"in düşünmədən atdığı addım yoxdur. Hər xırda epizodda çox diqqətli olurlar. Hamı meydanda nə etməli olduğunu bilir. Həmişə belə məşqçilərə, belə komandara böyük hörmətlə yanaşmışam. Bir məşqçi olaraq belə komandaları təhlil etmək asandır, amma onlara qarşı oynamaq heç də asan deyil. Çünki, meydanda hər addımları düşünülmüşdür. Mənə rəhbərliyimizin Konfrans Liqasının finalı ilə bağlı dediyi fikir barədə sual vermişdilər. Mən də bildirdim ki, bunu kim istəməz? Bu, bizim arzumuzdur. Maksimum irəli getməyi istəyirik. Amma hər şeyi təhlil etmək lazımdır. Kənardan fikir bildirməkdən asan heç nə yoxdur. Şükürlər olsun, futbolçularım illərdir nə əziyyətlərdən keçib buralara gəlib çıxıblar. Bu cür fikirlərə futbolçularımız da üzülür. Sanki, qarşımızdakı rəqib kiçildilir".
"Qarabağ"ın çalışdırıcısı Avropada hər oyunun onlar üçün faydalı olduğunu deyib:" Amma rəqibimizin ilboyu hər oyunu bu sürətdə, dinamikada keçir. Və bu da futbolçunun sabit formada qalması üçün çox vacibdir. Futbol çox yüksək sürətlə inkişaf edir. Bizim bilmədiyimiz, ağlımıza gətirmədiyimiz o qədər məqamlar var. İndi desək ki, "Gent" və ya başqa rəqibi mütləq keçməliyik və ya keçəcəyik, doğru olmaz”.
Rafael Fiziyevdən möhtəşəm qələbə - UFC Fight Night turniri
"Arsenal" onu hədəfə aldı
“Şamaxı”nın rəqibi bilindi
"Avrokuboklar üçün hər şey edəcəyik" - "Qarabağ"ın oyunçusu
Türkiyə futbol rəhbərliyində Mesut Özil dövrü başlayır?
Kanadanın pley-offda işləri çətinləşir
O da mundialda fərqlənməyi bacardı
"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik
"Zirə" Özbəkistan klubuna məğlub oldu
“Neftçi” yeni formasını təqdim etdi - Şəkillər
Çempionlar Liqası oyunlarını ölkədən kənara köçürürlər
Musleradan gözlənilməz antirekord
“Şəfa”da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Zədəsi transferinə mane ola bilər
68 ildən sonra ən məhsuldar mundial
Tahir Abdullayev UFC-də ilk qələbəsini qazandı
“Səbail”dən yeni transfer
"Ev sahibi bizə qarşı qərəzli davranır"
Hidayət Heydərov bürünc, Zelim Tçkayev qızıl medal qazandı
PSJ-nin yeni formaları - Şəkillər
Dünən “Qarabağ”da, bu gün “Polesye”də - Şəkillər
Millinin futbolçusunu ağır cəza gözləyir
DÇ-2026 matçından sonra atışma: Dörd nəfər yaralandı
Byelsa jurnalistin üstünə qışqırdı - Video
Het-trik etdiyi oyunun topunu özü ilə apardı - Şəkil
Leandro Andrade “Qarabağ”dan ayrıldı - Bu kluba keçdi
Muslera üzr istədi
Portuqaliya millisindən duyğusal jest - Video
İngiltərə millisində itki: Ən az iki oyunu buraxacaq
DÇ-2026: Bombardirlik yarışında vəziyyət gərginləşir
Misir - İran oyununun ən yaxşısı seçildi
Dembelenin het-triki - Video
Mundialın 1/16 finalının müəyyənləşən - 9 cütlüyü
Bugünkü oyunların nəticələri - DÇ-2026
Byelsa: “Uruqvay futboluna heç nə qoyub getmədim”
Het-trik etdi, oyunun ən yaxşısı seçildi
DÇ-2026-da 1/16 finalın 5 cütü məlumdur
Fransadan ardıcıl üçüncü qələbə, Seneqaldan darmadağın
Dembeledən son 72 ilin ən sürətli het-triki
"Real"da ayrılıq - Rəsmi
"Neftçi" slovakiyalı hücumçu transfer etdi
Azərbaycanın iki şahmatçısı dünya çempionu oldu