"Bakıdakı görüşdən sonra da dediyim kimi, komandama qol borcum var. Sabah imkan olsa, borcumu qaytarmağa çalışacağam".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Ramil Şeydayev Konfrans Liqasının pley-off mərhələsində "Gent"lə cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
Bakıda Belçika təmsilçisi ilə ilk görüşdə penaltini düzgün yerinə yetirə bilməyən hücumçu bu cür halların hər kəsin başına gələ biləcəyini vurğulayıb: "Burada qorxulu heç nə yoxdur. Daha böyük turnirlərdə və daha vacib matçlarda penalti zərbələrinin qolla nəticələnmədiyini dəfələrlə görmüşük. Odur ki, burada qorxulu heç nə yoxdur. Psixoloji durumuma heç bir təsiri olmadı. Bu mərhələni adlamışam".
Futbolçu onları maraqlı oyunun gözlədiyini söyləyib: "Bir top fərqi üstünlüklə gəlmişik. Rəqib Bakıdakı kimi qapalı oynamayacaq. Bu da matın daha da maraqlı keçməsinə gətirib çıxaracaq. Ümid edirəm ki, mərhələ keçən tərəf biz olacağıq.
O, bu mövsümün sonunda Ağdam klubundan ayrılacağı ilə bağlı xəbərlərə də münasibət bildirib: "Bu barədə çox yazırlar. Çoxu həqiqəti əks etdirmir. Hazırda ümumiyyətlə bu barədə düşünmürəm və düşünmək belə istəmirəm. Bütün diqqətim qarşıdakı vacib oyunlardadır. Həmin matçlardan sonra nələrin olacağına baxarıq".
“Çelsi” onu hədəfə aldı
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər