Ötən gün Konfrans Liqasının pley-off mərhələsində "Gent"ə qalib gələn "Qarabağ" Belçika təmsilçisinin təşəkkürünü cavabsız qoymayıb.
Qol.az xəbər verir ki, bu haqda Ağdam təmsilçisi öz sosial şəbəkə hesablarında paylaşıb.
"Gent" bir neçə saat öncə Feysbuk hesabında paylaşım edərək "Qarabağ"a təşəkkür etmişdi. Belçika klubu yazıb: "Bizi qəbul etdiyiniz üçün təşəkkürlər, "Qarabağ". Gözəl şəhər, sevimli insanlar, möhtəşəm oyun. Gələn həftə görüşənədək".
"Qarabağ" isə "Gent"in bu jestini belə cavablandırıb: "Biz sizə təşəkkür edirik! Dəyərinizə, isti münasibətinizə, oyununuza və ən əsası, centlmenliyinizə görə... Gentdə görüşənədək!"
Qeyd edək ki, "Qarabağ" "Gent"ə 1:0 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab qarşılaşması fevralın 23-də Belçikada, Gent şəhərində olacaq.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi