"Gent" "Qarabağ"a təşəkkür etdi

"Gent" "Qarabağ"a təşəkkür etdi
XƏBƏR 17 Fevral 2023 / 15:24 5989
-  A +

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda ötən gün "Qarabağ"ı qonağı olan "Gent" Ağdam klubuna təşəkkür edib.

Qol.az xəbər verir ki, Belçika təmsilçisi bununla bağlı klubun Feysbuk səhifəsində paylaşım edib.

Paylaşımda qeyd olunub: "Bizi qəbul etdiyiniz üçün təşəkkürlər, "Qarabağ". Gözəl şəhər, sevimli insanlar, möhtəşəm oyun. Gələn həftə görüşənədək".

Xatırladaq ki,  "Qarabağ" "Gent"ə 1:0 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab qarşılaşması fevralın 23-də Belçikada olacaq.


Qarabağ FK
Son xəbərlər
11.08.26  18:02

Poqba sıradan çıxdı

topaz banner