Azərbaycanın U-21 millisinin baş məşqçisi Samir Əliyev ötən gün Qol.az saytına verdiyi açıqlamada komandasının heyəti ilə bağlı narahatlığını ifadə edib. O, Avro-2025-nin püşkünü dəyərləndirərkən deyib:“Püşkatmada rəqiblərin kimliyindən daha çox məni narahat edən əsas məqam heyətimizdə Premyer Liqada çıxış edən futbolçularımızın olmamasıdır. İstərdik ki, orada oynayan futbolçularımız çox olsun. Ona görə də yalnız bu halda rahat danışa bilərik. Futbolçularımızın sayının az olması bizi ehtiyatlı danışmağa vadar edir".
Azərbaycan millisi qrupda İngiltərə, Ukrayna, Serbiya, Şimali İrlandiya və Lüksemburq komandaları ilə mübarizə aparacaq.S.Əliyev qrupdakı şansları barədə suala belə şərh verib: “Bu haqda danışmaq istəmirəm. Hansı şanslar? Şans həmişə var. Amma reallığı da unutmamalıyıq. Bu gün bizim ümidimiz 5-ci yerdir. Qrupda 2-ci yeri tutub Avropa çempionatına vəsiqə qazanmağımız reallıqdan uzaqdır. Hər bir halda bütün rəqiblərə qarşı çalışıb layiqli mübarizə aparacağıq”.
Həmçinin oxuyun: “Avropa çempionatına vəsiqə qazanmağımız reallıqdan uzaqdır” – Samir Əliyev
S.Əliyevin bu açıqlaması növbəti dəfə Azərbaycanda aşağı yaş qrupları üzrə komandalarda da problemlərin davam etdiyini təsdiqləyir. Elə milli komandalarda skaut vəzifəsində çalışan İlqar Qurbanov da bu fikirdədir. Bununla bağlı Qol.az saytına danışan İ.Qurbanov problemlərə toxunub.
- U-21 millimizin baş məşqçisi Samir Əliyev heyətdə oyunçu çatışmazlığından şikayət etdi. Millinin skautu kimi siz bu barədə nə deyə bilərsiniz?
- Ümumiyyətlə, hər bir ölkədə U-21 millisinin üzvləri öz çempionatlarından əsas heyətin üzvləri olurlar. Samir Əliyev də öz açıqlamasında qeyd edib ki, bizim U-21 millimizdə Premyer Liqada çıxış edən oyunçu yoxdur. Bax, bu böyük bir dərddir. Buna necə ad vermək olar? Bilmirəm. Bu, anormal haldır.
- Problemin səbəbini nədə görürsünüz?
- Aşağı yaş qruplarının olmamasında. Bu komandalar formal olaraq mövcud olsa da, yox kimi bir şeydir. Bununla biz yalnız özümüzü aldadırıq. Qapı-qapı düşüb başqa ölkələrdə oyunçu axtarırıq. Halbuki öz uşaqlarımızı yetişdirsək, əcnəbi oyunçu axtarmağa ehtiyac qalmayacaq. Bu gün bütün klublarımızda aşağı yaş qrupları yox səviyyəsindədir.
- Nələri düzəltməliyik?
- Aşağı yaş qruplarında inkişaf üçün meydan, infrastruktur olmalı, savadlı məşqçilər yetişdirilməlidir. Bunun üçün klublar məşqçiləri hər 3-5 aydan bir oxumağa göndərməlidir. Onlar təcrübə toplamalıdır. Futbolçuların püxtələşməsi üçün komandalar Avropaya gedib oyunlar keçirməlidir. Ad çəkmək istəmirəm, bizdə elə oyunçu var ki, 19 yaşında ayağına birinci dəfə top dəyir.
- Yəni aşağı yaş qrupunda çıxış etməyib?
- Məsələ nədir bilirsiniz? Məşqçi var ya yoxdur, futbolçu yenə yetişəcək. Hamımız belə yetişməmişik?! 21 yaş dünyada, Avropada artıq böyük yaş hesab olunur. Amma biz 21 yaşlıya futbolçuya uşaq deyirik. Yəni Samir Əliyev da bu amili qeyd edib. Premyer Liqada 21 yaşında 1-2 oyunçu var. Onlar da gah oynayır, gah oynamır. Belə olanda isə milliyə fayda dəymir.
- Regionlarda futbolun aşağı səviyyədə olması bu məsələdə öz təsirini göstərir?
- Regionlarda futbolun olmamasının ümumilikdə Azərbaycan futboluna təsiri var. Bizim tanınmış, potensiallı oyunçularımızın əksəriyyəti regionlardan çıxıblar. Çünki regionda futbola sevgi başqa cürdür. Uşaq orada tam fərqli yetişir. Birmənalı olaraq regionlarda da futbol olmalıdır. Orada məşqçilərə, aşağı yaş qruplarına nəzarət edilməlidir. Hər dəfə futboldan danışırıq, amma uşaq futbolundakı problemləri həll edən yoxdur. Problemləri düzəlmədən inkişaf etmək istəyirik. Bu, mümkün deyil. Klublarımız aşağı yaş qruplarının inkişafı üçün işlər görməlidir. Oyunçu A komandasına çıxanda artıq hazır olmalıdır. Amma ölkəmizdə A komandasında çıxış edən futbolçu çıxış etdiyi mövqe üzrə incəliklərə bələd deyil. İki metrəyə ötürmə verə bilmir. Premyer Liqada elə komanda var ki, orada baş məşqçi 20-21 yaşlı futbolçuya 10-20 metrəyə ötürmə vermək öyrədir. Buna ad vermək olmur, bədbəxtlikdir. Ona görə də aşağı yaş qrupları olmalıdır. Əks halda, inkişaf maksimum 5 faiz olacaq. O da ancaq əsas millidə. O komandada 6-7 oyunçu xaricdə oynasa, qalib gəlmək şanslarımız yaranar. Amma axı, bu da inkişaf deyil. Aşağı yaş qrupu nə qədər çox inkişaf edərsə, əsas milli komandaya da, U-21-ə də çoxsaylı keyfiyyətli oyunçu vermək olar. Sonradan həmin keyfiyyətli oyunçular öz növbəsində Avropa arenalarında da çıxış edə bilər. Aşağı yaş qrupları bizdə tamamilə fərqlidir. Mənim 2 övladım var. Onları Azərbaycanda futbola yazdırmamışam. Çünki uşaq məhlədə oynasa, Premyer Liqadakından daha çox öyrənə bilər. Azərbaycanda 2-3 təməli yaxşı olan oyunçu varsa, onlardan biri mən olmuşam. “Fənərbaxça” futbol məktəbində gördüklərimin heç 10 faizi burada yoxdur. Avropa və digər ölkələrin futbol məktəbləri ilə aramızda dağlar qədər fərq var.
Futbolçu yetişdirmək üçün işləmək lazımdır. Musa Qurbanlı Premyer Liqada örnəkdir. O, öz üzərində çox işləyir. Musa erkən yaşlarından bizimlə birlikdə öyrənib, məşqlərdə iştirak edib. Bizdə istedadlı oyunçular var, sadəcə onların üzərində düzgün işləmək gərəkdir.
Azad Nuriyev
“Neftçi”də 3 legioner
5 qol vurdu, ayın ən yaxşısı oldu
"Barselona" Avropa Klublar Assosiasiyasına qayıtdı
Misli Premyer Liqasında 6 oyunun hakimləri
İngiltərədə yanvarın ən yaxşı məşqçisi seçildi
Mbappe sabah oynayacaq?
İqor Tudor “Tottenhem”ə gətirilir
Azərbaycan çempionatının son 1/4 finalçıları məlum oldu
Milli komandalarımızın yeni məşqçiləri açıqlandı
Emreli 3 ay sonra yenidən məşqdə - Şəkillər
2030-cu ilə qədər "Bavariya"da - Rəsmi
Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək
“Məni ən çox inkişaf etdirən futbolçu Messi olub” - Mourinyo
Simeonedən Yamala təxribatçı jest - Şəkil
UEFA-nın növbəti Konqresi Qazaxıstanda
"Sabah" hər ikisi ilə yolları ayırdı
"Onunla Azərbaycan millisinə dair danışacağam"
Azərbaycan millisinin oyunlarının təqvimi - Millətlər Liqası
Məşhur futbolçu "Əl-Hilal"la müqaviləni uzatdı
"Atletiko" "Barselona"ya 4 qolu belə vurdu - Video
Ançelotti heç yerə getmir
"Barselona" 37 il sonra ilk dəfə...
Azərbaycan çempionatında tay-brek günü
"Arsenal" bu cür xal itirdi - Video
Flikin ən ağır məğlubiyyəti
"Atletiko" "Barselona"nı darmadağın etdi
FİFA-dan "Atletik"ə sərt cəza
Sterlinqin yeni klubu bilindi - Rəsmi
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı