Tite qarət edildi

Tite qarət edildi
XƏBƏR 25 Dekabr 2022 / 14:24 1906
-  A +

Braziliya millisinin sabiq baş məşqçisi Tite vətənində - paytaxt Rio-de-Janeyroda qarət edilib. 

Qol.az "The Sun"a istinadən xəbər verir ki, hadisə Barrada qəsəbəsində yaşanıb. 61 yaşlı mütəxəssis küçədə gəzərkən oğrunun hədəfinə tuş gəlib. Qarətçi həmin vaxt ona yaxınlaşaraq pul qabını alıb və qaçıb.

Həmçinin oxuyun: Braziliya millisinin yeni baş məşqçisi bu vaxt açıqlanacaq

Bu hadisənin qəribə tərəfi isə odur ki, cinayətkar qarət edərkən çalışırıcını DÇ-2022-dəki uğursuzuzluğuna görə tənqid edib.

Qeyd edək ki, Braziliya DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya uduzararaq mübarizəni dayandırıb - 1:1 (penaltilər seriyası - 2:4). Bundan sonra Tite vəzifəsindən istefa verib. 

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...

Daha çox


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner