"Real" Tebasla bağlı pankarta görə cərimələndi

"Real" Tebasla bağlı pankarta görə cərimələndi
DÜNYA FUTBOLU 19 Noyabr 2026 / 10:25 105
-  A +

İspaniyanın “Real" klubu La Liqanın prezidenti Xavyer Tebasla bağlı pankarta görə 3 min avro cərimə olunub.

QOL.az xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb.

Hadisə oktyabrın 18-də “Sevilya” ilə keçirilən matçda (4:1) baş verib. “Santyaqo Bernabeu” stadionunda azarkeşlər “Bu futbol deyil, bu, Tebas və Neqreyradır” yazılmış pankart açıblar. Banner üzərindəki adlar “Barselona”nın rəngləri olan göy-qırmızı rənglərlə vurğulanıb.

Bundan başqa, azarkeşlər La Liqanın prezidentinə qarşı şüarlar səsləndiriblər.

Qeyd edək ki, cərimə bannerin stadiona əvvəlcədən icazə alınmadan gətirilməsi və nümayiş etdirilməsinin qarşısının alınmaması ilə bağlıdır.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner