Braziliya millisinin yeni baş məşqçisi bu vaxt açıqlanacaq

Braziliya millisinin yeni baş məşqçisi bu vaxt açıqlanacaq
XƏBƏR 13 Dekabr 2022 / 14:35 2934
-  A +

Braziliya millisinin yeni baş məşqçisinin açıqlanacağı vaxt müəyyənləşib.

Qol.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyası (CBF) məlumat yayıb. Yeni çalışdırıcının adı 2023-cü ilin yanvarında açıqlanacaq.

Bildirilir ki, CBF-nin rəhbəri Ednaldo Rodriges müstəqil olaraq yeni məşqçi axtarışındadır. Konfederasiya prezidenti heç kimə qurum adından yeni məşqçi axtarışına icazə verməyib. 

Xatırladaq ki, 2016-cı ildən Braziliya millisində çalışan Tite komandanın DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya məğlub olaraq (1:1, 2:4) mübarizəni dayandırmasından sonra baş məşqçi vəzifəsini tərk edib.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner