Kurban Berdıyevin yeni iş yeri rəsmiləşdi

Kurban Berdıyevin yeni iş yeri rəsmiləşdi
XƏBƏR 25 Dekabr 2022 / 11:25 5692
-  A +

"Traktor"dan bir müddət öncə ayrılan Kurban Berdıyevin "Soçi"ni çalışdıracağı rəsmiləşib.

Qol.az xəbər verir ki, bu barədə Rusiya klubunun sosial şəbəkə hesablarında məlumat yayılıb. Bildirilib ki, komandanın baş məşqçisi vəzifəsi Kurban Berdıyeva tapşırılıb. Lakin 70 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Həmçinin oxuyun: Kurban Berdıyev "Traktor"dan ayrıldı

Qeyd edək ki, Kurban Berdiyev 2001 - 2013 və 2017 - 2019-cu illərdə Rusiyanın "Rubin" komandasını, 2014-2017-ci illərdə isə "Rostov"u çalışdırıb. Kurban Berdiyev bu ilin iyununda “Traktor”un baş məşqçisi təyin olunsa da, noyabrın 24-də klubdan ayrılıb.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...

Daha çox


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner