Kurban Berdıyev "Traktor"dan ayrıldı

Kurban Berdıyev "Traktor"dan ayrıldı
XƏBƏR 24 Noyabr 2022 / 09:29 2967
-  A +

Cənubi Azərbaycan təmsilçisi "Traktor" baş məşqçisi Kurban Berdıyevlə yolları ayırıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, rusiyalı mütəxəssis öz istəyi ilə Təbriz təmsilçisini tərk edib. O, ölkəsinin "Soçi" klubunu çalışdıracağı üçün bu addımı atıb.

Qeyd edək ki, Kurban Berdiyev bu ilin iyununda “Traktor”un baş məşqçisi təyin olunmuşdu. Komanda hazırda İran çempionatında 11 turdan sonra 15 xalla 7-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Cənubi Azərbaycan klubunda millimizin üzvü Höccət Havqerdi də oynayır.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner