"Qarabağ"da bunu bacaran 12-ci futbolçu oldu

"Qarabağ"da bunu bacaran 12-ci futbolçu oldu
XƏBƏR 10 Noyabr 2022 / 11:15 1896
-  A +

Misli Premyer Liqasının 3-cü turunun “Turan Tovuz”la təxirə salınan oyunu Bədavi Hüseynov üçün əlamətdar olub. 

Qol.az PFL-in saytına istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi “Qarabağ”ın heyətində çempionatda 200-cü matçına çıxıb.

Həmçinin oxuyun: Bədavi Hüseynovun 300-cü oyunu

Hüseynov Ağdam klubunun heyətində 2012/13 mövsümündə debüt edib. O, 200 oyunda 4 qola imza atıb.

Müdafiəçi üç gün öncə daha bir yubileyini qeyd edib. 13-cü tur Bədavinin “Qarabağ”da bütün turnirlər nəzərə alınmaqla 300-cü matçı idi.

Hüseynov “Qarabağ”ın tarixinə Azərbaycan çempionatlarında 200 və daha çox görüşə çıxan 12-ci futbolçu kimi düşüb. Ona qədər 11 oyunçu buna nail olub.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner