Bu gün “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşdi. Bu, Belçikanın “Gent” komandası oldu. Püşkün nəticəsinə Belçika mediası operativ reaksiya verib.
Qol.az xəbər verir ki, nieuwsblad.be saytı “Qarabağ” barədə yazı hazırlayıb. “Anderlext” üçün pis xatirə və Azərbaycanın Fergüssonu” adlı yazıda əvvəlcə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun fəaliyyətinə toxunulub.
Onun 27 il “Mançester Yunated”in baş məşqçisi işləmiş Aleks Fergüssonla müqayisə edilməsi təsadüfi deyil. Axı, Fergüsson qədər uzun müddətli olmasa da, Qurban Qurbanov uzun illərdir (14 il) eyni komandaya başçılıq edir. Qurban Qurbanovun və məşqçi fəaliyyətinə ötəri nəzər salınıb. Komandanın bugünkü durumu barədə isə sayt yazıb:
“Qarabağ”da səs-küylü ad tapa bilmərsiniz. Burada azərbaycanlı və bir çox digər əcnəbi millətlərdən futbolçular var. Marko Veşoviç Belqradda “Srvena Zvezda”da təcrübə toplayıb. O, “Torino”, “Riyeke” və “Legiya”da da oynayıb. 31 yaşlı çernoqoriyalı “Qarabağ”da artıq ikinci mövsümünü keçirir. 33 yaşlı milliləşdirilmiş braziliyalı Riçard (Almeyda - red.) “Qarabağ”ın əvəzolunmaz parçasıdır.
Abdullah Zubir fransalı legionerdir. O, Şotlandiya və Rumıniyadan sonra futbol xoşbəxtliyini Azərbaycanda axtarır. Qurbanlı və Şeydayev komandanın daxili liqada ən yaxşı bombardirləridir”.
Yazıda “Qarabağ”ın 12 oyunun hamısında qalib gələrək hazırda Azərbaycan Premyer Liqasına başçılıq etdiyi bildirilir. Həmçinin komandanın bu mövsüm Avropa Liqasındakı çıxışına toxunulub.
Sonda qeyd edilir ki, “Anderlext” (Belçika) üçün “Qarabağ”ın xoş olmayan xatirəsi var. Brüssel təmsilçisi 2015/16 mövsümü Avroliqanın Bakıda keçirilən qrup oyununda “Qarabağ”a 0:1 hesabı ilə uduzub.
Rafael Fiziyevdən möhtəşəm qələbə - UFC Fight Night turniri
"Arsenal" onu hədəfə aldı
“Şamaxı”nın rəqibi bilindi
"Avrokuboklar üçün hər şey edəcəyik" - "Qarabağ"ın oyunçusu
Türkiyə futbol rəhbərliyində Mesut Özil dövrü başlayır?
Kanadanın pley-offda işləri çətinləşir
O da mundialda fərqlənməyi bacardı
"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik
"Zirə" Özbəkistan klubuna məğlub oldu
“Neftçi” yeni formasını təqdim etdi - Şəkillər
Çempionlar Liqası oyunlarını ölkədən kənara köçürürlər
Musleradan gözlənilməz antirekord
“Şəfa”da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Zədəsi transferinə mane ola bilər
68 ildən sonra ən məhsuldar mundial
Tahir Abdullayev UFC-də ilk qələbəsini qazandı
“Səbail”dən yeni transfer
"Ev sahibi bizə qarşı qərəzli davranır"
Hidayət Heydərov bürünc, Zelim Tçkayev qızıl medal qazandı
PSJ-nin yeni formaları - Şəkillər
Dünən “Qarabağ”da, bu gün “Polesye”də - Şəkillər
Millinin futbolçusunu ağır cəza gözləyir
DÇ-2026 matçından sonra atışma: Dörd nəfər yaralandı
Byelsa jurnalistin üstünə qışqırdı - Video
Het-trik etdiyi oyunun topunu özü ilə apardı - Şəkil
Leandro Andrade “Qarabağ”dan ayrıldı - Bu kluba keçdi
Muslera üzr istədi
Portuqaliya millisindən duyğusal jest - Video
İngiltərə millisində itki: Ən az iki oyunu buraxacaq
DÇ-2026: Bombardirlik yarışında vəziyyət gərginləşir
Misir - İran oyununun ən yaxşısı seçildi
Dembelenin het-triki - Video
Mundialın 1/16 finalının müəyyənləşən - 9 cütlüyü
Bugünkü oyunların nəticələri - DÇ-2026
Byelsa: “Uruqvay futboluna heç nə qoyub getmədim”
Het-trik etdi, oyunun ən yaxşısı seçildi
DÇ-2026-da 1/16 finalın 5 cütü məlumdur
Fransadan ardıcıl üçüncü qələbə, Seneqaldan darmadağın
Dembeledən son 72 ilin ən sürətli het-triki
"Real"da ayrılıq - Rəsmi
"Neftçi" slovakiyalı hücumçu transfer etdi
Azərbaycanın iki şahmatçısı dünya çempionu oldu