"Frayburq"un (Almaniya) baş məşqçisi Kristian Ştrayx Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Qarabağ"la Bakıda heç-heçə etdikləri matçdan (1:1) sonra mətbuat konfransı təşkil edib. Qol.az xəbər verir ki, o, əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb:
- Güclü rəqibə qarşı oynadıq. Heyətdə rotasiyalar etmişdik, bir neçə gənc oyunçuya şans vermişdik. Say üstünlüyümüz olsa da, “Qarabağ” çox gözəl oynadı, işimizi çətinə saldı. Amma deyə bilərəm ki, bizim bəxtimiz gətirdi. “Qarabağ” sürət və taktiki baxımdan möhtəşəm oynayır. Qurban Qurbanov burada möhtəşəm iş görüb. Bəxtimiz gətirdi ki, 1 xal qazandıq.
- Sizcə, bu “Qarabağ” Konfrans Liqasında nə qədər irəli gedə bilər?
- “Qarabağ”ın Avropa Liqasındakı bütün oyunlarını izləmişəm. Pley-offa çıxmamaları bəxtsizliklə bağlıdır. Bu oyunla çox irəli gedə bilər. “Qarabağ”dan çox şey gözləmək olar. “Qarabağ”ın Avropa Liqasında pley-offa çıxmaması sadəcə bəxtsizlikdir.
- Almaniyadakı ilk oyundan əvvəl və sonra da “Qarabağ”ı tərifləmişdiniz. Səfərdən öncə isə Azərbaycan və Bakı barədə xoş sözlər səsləndirmişdiniz. Bu sevginiz nədən qaynaqlanır?
- “Qarabağ”la qarşılaşmazdan öncə Azərbaycanı tanımırdım. Püşkatmadan əvvəl xəbərim yox idi. Ondan sonra oyunlara baxdım. Komandanın oynadığı hücumameyilli futbol diqqətimi çəkmişdi. “Qarabağ”ın oynadığı futboldan həzz alırdım. Bu, oyun stilinə olan simpatiyamdır.
- Sizcə, Avropa Liqasının pley-offuna “Qarabağ”, yoxsa “Nant” daha çox layiq idi?
- Futbolda bəxt amili də rol oynayır. “Nant”a qarşı da oynamışıq. Kimin xalı çoxdursa, o da növbəti mərhələyə çıxır. Daha əvvəl də dedim ki, bu gün xal qazandığımız üçün bəxtimiz gətirdi. Ancaq fakt odur ki, yekunda “Nant”ın xalı daha çox oldu.
- “Qarabağ”da hansı futbolçular diqqətinizi cəlb etdi? Kimisə komandanızda görmək istəyərsiniz?
- Vaxtım olsa, “Qarabağ”ı Konfrans Liqasında izləyəcəyəm. Komandada sağlam ab-hava var. Oyunlardan əvvəl izləyəndə görürdüm ki, “Qarabağ” hər qol vuranda ehtiyat oyunçular, məşqçilər heyəti – hamı sevinirdi. Bu göstərir ki, komandada hər şey çox yaxşıdır. Bu, mənim üçün vacib amildir. Möhtəşəm baş məşqçi Qurban Qurbanovun işi mənə çox maraqlıdır. O, 2008-ci ildən burada çalışır. Oyunlardan sonra başa düşdüm ki, niyə uzun müddətdir, bu komandadadır. Hazırda kifayət qədər oyunçumuz var. Həddən çox futbolçunu komandaya cəlb edə bilmərəm. Kadi Borges, Ovusu Kvabena və Abdullah Zubir çox güclü oyunçulardır.
- İlk oyundan sonra da Qurban Qurbanovla danışmışdınız. Bu gün də matçdan əvvəl söhbətiniz oldu. Onunla nələr danışdınız?
- Biz həmkarıq. Səmimi və dost kimi danışdıq. İlk oyundan sonra mənə müsbət emosiya ilə yanaşmışdı. Mən uduzsaydım, inanmıram ki, belə danışa bilərdim. Bəlkə, final fitindən sonra birbaşa paltardəyişmə otağına yollanardım.
- Ötən ili çıxsaq, “Qarabağ”la qarşılaşan komandalar adətən finala qədər gedir, ya da çempion olurlar. Bu dəfə turnirdə güclü kollektivlər var. Öz komandanızdan belə gözləntiniz var?
- Avropa Liqası bizim üçün çox maraqlı turnirdir. Rəqibləri də görəndə matçları daha həvəslə gözləyirsən. Bundesliqada da işlərimiz yaxşı gedir. Komandam çox yaxşı futbol göstərir. Oyundan oyuna fikirləşirik. Nə olacağını görəcəyik. Çox irəli baxmaq istəmirəm. Qonaqpərvərliyə görə Azərbaycana minnətdarlığımızı bildiririk. “Qarabağ”a uğurlar arzulayırıq. İnanıram ki, belə futbolla çox yaxşı nəticələr əldə edə biləcəklər.
“Bavariya”dan darmadağın
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər
Yamaldan "Qızıl top" açıqlaması
Xavi sabiq futbolçusu olan bombardiri milliyə çağırmadı
"Sabah"dan 10 futbolçu milli komandalara dəvət alıb
"Qəbələ" - "Neftçi": Heyətlər
Tofiq Bəhramov stadionu təmir olunacaq
41 yaşlı Ronaldo yenidən milliyə çağırıldı
"3-4 şirkətlə aktiv danışıqlar gedir" - PFL rəsmisi
Azərbaycandan Surinam millisinə çağırıldı
Tomas Tuhel İngiltərə millisinin heyətini açıqladı
Azərbaycan kubokunun püşkü atıldı
"Sabah"ın futbolçusu 2 ildən sonra Polşa millisinə çağırıldı
Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?
Türkiyə millisində karyerasını başa vurdu
"Liverpul"un gənc hücumçusu "Arsenal"a keçdi
Milliyə 30 futbolçu çağırıldı - Onlar kimlərdir?
Libertadores kubokunda yarımfinal cütləri müəyyənləşdi
Klopp millini necə dəyişir? – 44 futbolçu, 16 debütant
"Qarabağ"ın prezidenti bu bankın rəhbəri oldu
Azərbaycanda oynayan futbolçu millimizlə matça çağırıldı
Əfsanəvi futbolçu məşqçiliyə başlayır - Şəkillər
Avropa çempionatında 2 qələbə
Vinçentso İtaliano: "İlhan belə davam etsə..."
Lamin Yamal: “Qara” deyilməsi məni incitmir”
Hasan Şaş saxlanıldı
“Qartal” “Marsel”i belə “parçaladı” - Video
"Beşiktaş" və "Yuventus"dan qələbə - Avroliqa
"Mançester Siti" növbəti mərhələdə
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı