Benzema karyerasında ilk dəfə...

Benzema karyerasında ilk dəfə...
XƏBƏR 3 Noyabr 2022 / 16:29 4018
-  A +

"Real"ın futbolçusu Kərim Benzema karyerasında ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində qol vura bilməyib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı hücumçu 2022/23 mövsümündə turnirin bu mərhələsində 4 matç keçirib. O, yalnız "Şaxtyor"a (Donetsk, Ukrayna) qarşı görüşlərdə (2:1, 1:1) əvvəldən sonadək mübarizə aparıb. Fransalı futbolçu "Seltik"lə səfər oyununa (3:0) start heyətdə başlayıb və 30-cu dəqiqədə zədə səbəbindən əvəzlənib. O, bu komandaya qarşı ötən gün keçirilən ev matçında (5:1) 63-cü dəqiqədə meydana daxil olub və sonadək oynayıb. "Leyptsiq"lə hər iki görüşü (2:0, 2:3) buraxan Benzema 4 oyunun heç birində qol vurmağı bacarmayıb.

Həmçinin oxuyun: Benzema "Qızıl top"da topladığı səslərlə tarixə düşdü

Bu, Benzemanın karyerasında ilk belə haldır. Forvard daha əvvəl həm "Lion"un, həm də "Real"ın heyətində ÇL-in qrup mərhələlərində qolla fərqlənib.

Qeyd edək ki, Benzema 2009-cu ilin yayından Madrid təmsilçisinin formasını geyinir. O, "Lion"un yetirməsidir və 2004-2009-cu illərdə bu klubun əsas komandasında çıxış edib.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner