Benzema "Qızıl top"da topladığı səslərlə tarixə düşdü

Benzema "Qızıl top"da topladığı səslərlə tarixə düşdü
XƏBƏR 22 Oktyabr 2022 / 11:30 4330
-  A +

"Real"ın və Fransa millisinin futbolçusu Kərim Benzema "Qızıl top"da topladığı səslərlə tarixə düşüb.

Qol.az xəbbər verir ki, 93 jurnalistdən 89-u səsini 34 yaşlı hücumçuya verib. Bu isə rekord hesab olunur. Sadəcə Niderland, Sloveniya, Seneqal və Misirdən olan jurnalistlər Benzemanı ən yaxşı hesab etməyiblər.

Həmçinin oxuyun: “Heç vaxt Zidan və Ronaldonun səviyyəsinə çatmayacağam” – Benzema

Bu göstəricidə ən böyük səs fərqini isə 2016-cı ildə Kriştiano Ronaldo yaratmışdı.

"Qızıl top"un ümumi səsverməsi isə bu nəticə ilə yekunlaşıb:

1. Kərim Benzema (Fransa, "Real") - 549 səs
2. Sadio Mane (Seneqal, "Liverpul"/"Bavariya") - 193 səs
3. Kevin De Brüyne (Belçika, "Mançester Siti") - 175 səs
4. Robert Levandovski (Polşa, "Bavariya"/"Barselona") - 170 səs
5.Məhəmməd Salah (Misir, "Liverpul") - 116 səs


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner