“Qarabağ”ın “Nant”a səfər məğlubiyyəti (1:2) komandanın Avropa Liqasının qrupundakı durumunu çətinləşdirdi. Amma əlbəttə, hələ heç nə itirilməyib və faciə də baş verməyib.
Hazırda turnir cədvəlində 5 turdan sonra aşağıdakı vəziyyət yaranıb:
Həmçinin oxuyun: "Böyümək üçün belə məğlubiyyətləri düzgün qəbul etməliyik" - Qurban Qurbanov
1. “Frayburq” - 13 xal
2. “Qarabağ” - 7 xal
3. “Nant” - 6 xal
4. “Olimpiakos” - 2 xal
Noyabrın 3-də keçiriləcək son turun təqvimi belədir:
“Qarabağ” - “Frayburq”
“Olimpiakos” - “Nant”
Qrupun son oyunu olduğundan hər iki matç eyni vaxtda başlayacaq: Bakı vaxtı ilə saat 21:45-də. Bu dəfə görüşün əvvəlkindən bir saat gec start götürməsi oktyabrın sonuncu bazar günü bəzi Avropa ölkələrində saat əqrəblərinin 1 saat irəli çəkiləcəyi ilə əlaqədardır.
Beləliklə, turnir cədvəlindən göründüyü kimi gələn həftə “Frayburq”a qarşı keçiriləcək qrupun son matçında Ağdam təmsilçisi qalib gəlməlidir ki, AL-də pley-off mərhələsinə adlasın. Düzdür, komandaya heç-heçə də sərf edir. Lakin bu halda “Nant” Yunanıstanda “Olimpiakos”a qarşı oyunda xal itirməlidir. Amma bizimkilər xal itirib, fransızlar qalib gələrsə, 2-ci yeri onlar, 3-cü yeri isə “Qarabağ” tutur.
Son turda “Qarabağ” uduzub, “Nant” heç-heçə edərsə, bu halda hər iki komandanın xalı bərabərləşəcək. Avropa Liqasının əsasnaməsinə görə, bu halda iki komanda arasında şəxsi oyunlarda qol üstünlüyü olan komanda qalib olur. "Nant"la şəxsi oyunlarda top üstünlüyü "Qarabağ”ın tərəfində olduğundan (4:2) AL-də “pley-off”a Qurban Qurbanovun komandası yüksələcək.
Lakin əlbəttə, “Qarabağ” almanlarla matçda yalnız qələbə barədə düşünəcək. “Olimpiakos” - “Nant” görüşünün nəticəsinə arxalanmaq komandaya baha başa gələ bilər.
Məlum olduğu kimi, AL-də “pley-off”a (şərti olaraq 1/16 finala) vəsiqə qazansa, onun rəqibi Çempionlar Liqasında üçüncü yeri tutan 8 komandadan biri olacaq. Onların arasında, Joze Mourinyonun təbirincə desək, ÇL-də uğursuzluğa məruz qalmış “akulalar” da var.
Avropa Liqasında qrupu 3-cü yerdə başa vuran 8 komanda isə Konfrans Liqasında öz qrupunun 2-ci olan komandalarla “pley-off”da cütlük təşkil edəcəklər.
Çempionlar Liqasından Avroliqaya kimlər gəlir?
Hazırda ÇL-də oynayan 32 komandadan 12-si bu yarışın 1/8 finalına təmin edib. Bunlar “Bavariya”, “Benfika”, “Borussiya” (Dortmund), “Brügge”, “İnter”, “Liverpul”, “Mançester Siti”, “Napoli”, PSJ, “Portu”, “Real” və “Çelsi”dir.
6-cı turun matçında 1/8 final üçün sonuncu 4 vəsiqə uğrunda bu 8 komanda yarışacaq: “Ayntraxt”, “Zalsburq”, “Leyptsiq”, “Milan”, “Olimpik”, “Sportinq”, “Tottenhem”, “Şaxtyor”.
Beləliklə, sonuncu 8 komandadan 4-ü qrup üçüncüsü kimi Avropa Liqasında pley-off mərhələsinə düşə bilər. Yeri gəlmişkən, ÇL-də qrupu 3-cü yerdə tamamlayacaq 2 komandanın adı yüz faiz dəqiqləşib: “Barselona” və “Sevilya” (İspaniya). Hər iki komanda yeni ildən mübarizəni AL-də 1/16 finaldan davam etdirəcək.
ÇL-də 1/8 finala çıxmaq şansını itirən, qrupu 3-cü yerdə tamamlamaq şansı saxlayan komandalar isə bunlardır: “Atletiko”, “Ayaks”, “Bayer”, “Dinamo” (Zaqreb), “Makkabi” (Hayfa), “Reyncers”, “Yuventus”.
Son turun nəticəsindən asılı olmayaraq ÇL-də 3 komanda qrupu sonuncu yerdə tamamlayacaq: “Viktoriya”, “Kopenhagen”, “Seltik”.
KL-in ikinciləri…
Konfrans Liqasının (KL) ikincilərinə gəlincə, bu komandaların KL-də növbəti mərhələdə (6-cı turun nəticələrindən asılı olaraq 1/8 və ya 1/16 finalda) oynayacağı dəqiqləşib:
“Alkmaar”, “Dnepr-1”, “Fiorentina”, “İstanbul Başakşehir”, “Sivasspor”
Ümumən isə qrup ikincilərinin adları son turdan sonra aydınlaşacaq.
Elnur, Qol.az
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video