"Nant"ın baş məşqçisi Antuan Kombuare hesab edir ki, komandası bu gün "Qarabağ"la matçda Bakıdakı oyunda olduğu kimi çoxlu cəhv etməyəcək.
Qol.az xəbər verir ki, bu gün Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda Fransa təmsilçisi öz meydanında Azərbaycan çempionunu qəbul edəcək. AL-də "pley-off"a yüksəlmək üçün Qurban Qurbanovun komandasını 1 xal da təmin edir. "Nant" isə mübarizəni Avroliqada davam etdirmək üçün hökmən qələbə qazanmalıdır. Bu halda onların son turun nəticəsindən asılı olaraq AL-də pley -off oynamaq şansı yaranacaq.
Həmçinin oxuyun: UEFA-dan “Qarabağ”ın oyununa xüsusi təyinat
"L'equipe" nəşri Antuan Kombuarenin oyun öncəsi keçirdiyi mətbuat konfransının geniş mətnini yayıb. 58 yaşlı mütəxəssis deyir ki, Bakıdakı matçda ("Qarabağ" 3:0 hesabı ilə qalib gəlib) komandası müdafiə xəttində xeyli səhvə yol verib, bu da ağır məğlubiyyətə səbəb olub. Onun fikrincə, bunlar bir daha təkrarlanmayacaq. "Belə səhvlər bir dəfə olur. Mən həmişə komandamı meydana hazırlıqlı vəziyyətdə çıxarmağa çalışıram. "Qarabağ"la ilk matçda da belə idi. Bəzi rotasiyalar da vardı. Səfərdəki görüşdə biz müdafiəni "itirdik". Amma belə şey bir dəfə baş verə bilər. Bizim qürurumuz var".
Antuan Kombuaredən heyətdəki futbolçu azlığının oyuna təsiri və gənc futbolçulara az şans verməsi ilə bağlı da soruşulub. Bugünkü görüşdə müdafiəçilər Şarl Traorenin və Fabyen Santonzun iştirak edə bilməyəcəyi xatırladılıb. Mütəxəssisin dediyinə görə, "Nant"ın gənc futbolçuları belə matçlar üçün rotasiyaya hazır deyil: "Əgər onlar istədiyim vəziyyətdə olsaydılar, daha çox oynayardılar. Kventin Merlin ("Nant"ın 20 yaşlı sol cinah müdafiəçisi - Qol.az) kimi futbolçular çox deyil. Əgər xal ehtiyatımız çox olsa idi əlbəttə, gənclərə oynamaq üçün çox şans verərdim".
Jurnalistlərdən biri Antuan Kombuareyə sual edib ki, sizdə birinci oyundakı məğlubiyyətə görə revanş hissi varmı? Buna cavab olaraq mütəxəssis deyib:
"Orada birinci hissədəki oyunumuzu nəzərə alsaq, mən üç qol buraxacağımızı gözləməzdim. İkinci hissədə çox pis çıxış etdik. Biz müdafiədə oyunumuzu itirdik. Amma dediyim kimi, belə şeylər bir dəfə olur. Əlbəttə, məndə intiqam hissi var".
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video